Ana Sayfa > Seçki 2024 > YAP qələbələr partiyasıdır

YAP qələbələr partiyasıdır


30-08-2024, 17:31. Yazar: sevinc1
YAP qələbələr partiyasıdır

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 97 saylı Tərtər-Ağdərə- Goranboy seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Anar Məmmədovun Tərtər rayon Qaraağacı, Qapanlı, Ələsgərli və Yenikənd kəndlərindən olan seçicilərlə görüşü keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.

Tədbirləri giriş sözü ilə açan YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası dünənin, bu günün və sabahın partiyası kimi davamlı nailiyyətlərə imza atıb.

Çıxış edən deputatlığa namizəd Anar Məmmədov isə partiyanın seçki platforması haqqında ətraflı məlumat verib. Bildirib ki, hərtərəfli inkişaf bütün sahələri əhatə etməklə yanaşı, ölkəmizin siyasi-iqtisadi və hərbi qüdrətinin, bütövlükdə milli gücünün artmasını təmin edib. Onun sözlərinə görə, Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan və bu gün Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən həyata keçirilən siyasət hər bir vətəndaş tərəfindən dəstəklənir.

Tədbir iştirakçılarından Vidadi Məmmədzadə, Elşən Səfərov, Fitat Əliyeva və digərləri çıxış edərək YAP-ın siyasətinin ölkənin davamlı inkişafı üçün böyük əhəmiyyət daşıdığını və bu siyasətin davam etməsi üçün seçicilərin partiyanın namizədini dəstəkləməsinin vacib olduğunu vurğulayıblar.(yap.org)
Geri dön