Ana Sayfa > Parlament > Xoşbəxt gələcəyə doğru inamla addımlayırıq!

Xoşbəxt gələcəyə doğru inamla addımlayırıq!


30-08-2024, 16:30. Yazar: sevinc1
Xoşbəxt gələcəyə doğru inamla addımlayırıq!

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 32 saylı Suraxanı üçüncü seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Afət Həsənovanın YAP Suraxanı rayon təşkilatının qərargahında seçicilərlə görüşü keçirilib.

Görüşü giriş sözü ilə açan YAP Suraxan rayon təşkilatının sədri Vüqar Seyidov “Yeni dövrə Yeni Azərbaycanla!” şüarı ilə parlament seçkilərinə qatılan Yeni Azərbaycan Partiyasının zamanın tələbi, xalqın istəyi ilə yarandığını deyib. O bildirib ki, YAP bütün sınaqlardan şərəflə çıxıb, yarandığı gündən xalqın partiyası kimi nüfuz qazanıb.

Çıxış edən deputatlığa namizəd Afət Həsənova Prezident İlham Əliyevin Sədrliyi ilə Yeni Azərbaycan Partiyasının həyata keçirdiyi siyasətdən və əldə olunan uğurlardan danışıb. Bildirilib ki, ölkəmizdə həyata keçirilən düzgün və məqsədyönlü siyasət sayəsində Azərbaycan xalqı firavan və xoşbəxt gələcəyə doğru inamla addımlayır.

Tədbir iştirakçılarından Ağalar Bayramov, Sevil Məmmədsalahova və Xeyrəniyə Musazadə çıxış edərək seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və YAP-ın namizədinə səs verməyə çağırıblar.

Qeyd edək ki, A.Həsənovanın Bülbülə qəsəbəsi, Əli Əskərov küçəsindəki ünvanlarda yaşayan seçicilərlə səyyar görüşləri də keçirilib.(yap.org)
Geri dön