Ana Sayfa > Seçki 2024 > Nizami Səfərov Tovuz şəhər və kənd ağsaqalları olan seçicilərlə görüşlər keçirib

Nizami Səfərov Tovuz şəhər və kənd ağsaqalları olan seçicilərlə görüşlər keçirib


30-08-2024, 15:39. Yazar: sevinc1
Nizami Səfərov Tovuz şəhər və kənd ağsaqalları olan seçicilərlə görüşlər keçirib

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası tərəfindən 106 saylı seçki dairəsi üzrə deputatlığa namizədliyi irəli sürülmüş Nizami Səfərov Tovuz rayonunda qadınlardan ibararət "Qərb yenilikləri" kənd təsərrüfatı istehsal və istelak qadın kooperativində, Tovuz şəhər və kənd ağsaqalları olan seçicilərlə fərdi görüşlər keçirilmişdir.

aia.az Trend-ə istinadən xəbər verir ki, deputatlığa namizəd Nizami Səfərov seçicilərə partiyanın seçki platforması haqqında ətraflı məlumat verərək bildirib ki, Azərbaycan qadınlarının tarixən cəmiyyətin müxtəlif sahələrində, xüsusilə ictimai-siyasi həyatda mühüm rol oynamasını qeyd edərək, bir çox qadınlarımızin siyasi arenada aktiv fəaliyyət göstərdiyini, dövlət idarəçiliyində və yerli hökumət orqanlarında mühüm mövqelər tutmasını qeyd etdikdən sonra belə bir kooperativin yaradılmasında qadın əməyinin olmasını yüksək qiymətləndirdi.

Sonra namizəd digər görüşlərdə tovuzlular ictimai-siyasi proseslərdə, xüsusilə də seçkilərdə həmişə aktiv iştirak etdiyini qeyd edərək, deputat seçiləcəyi təqdirdə ona göstərilən inamı layiqincə doğruldacağını qeyd etdi.

Çıxış edən seçicilər də öz növbəsində yeni hədəflərə nail olmaq üçün Yeni Azərbaycan Partiyasının namizədi Nizami Səfərova səs verəcəklərini bildiriblər.

Geri dön