Ana Sayfa > Manşet / Özəl / Aia TV / Seçki 2024 > Deputatlığa namizəd Novruzəli Aslanov seçki kampaniyası çərçivəsində son görüşünü İsmayıllı gəncləri ilə keçirib

Deputatlığa namizəd Novruzəli Aslanov seçki kampaniyası çərçivəsində son görüşünü İsmayıllı gəncləri ilə keçirib


30-08-2024, 14:32. Yazar: sevinc1
Deputatlığa namizəd Novruzəli Aslanov seçki kampaniyası çərçivəsində son görüşünü İsmayıllı gəncləri ilə keçirib

VII çağırış Milli Məclisə seçkilərdə deputatlığa namizədliyi 89 saylı İsmayıllı seçki dairəsindən qeydə alınmış Novruzəli Aslanov (Novruz Aslan) seçkiqabağı təşviqat kampaniyasının reqlamentinə uyğun olaraq bu gün seçicilərlə sonuncu görüşünü keçirib.

aia.az xəbər verir ki, Novruz Aslan avqustun 30-da seçki-təbliğat kampaniyasının planına uyğun olaraq İsmayıllı şəhərində yerləşən Mədəniyyət mərkəzində rayonun gənc sakinləri ilə görüşüb. Böyük ruh yüksəkliyi şəraitində keçən görüşün gedişində deputatlığa namizəd gənc seçicilərə Milli Məclisdəki fəaliyyəti barədə detallı açıqlamalar verib və öz platformasını təqdim edib. Həmçinin Novruz Aslan bu gün ölkəmizdə Azərbaycan gəncliyinin bütün sahələrdə mövcud potensialını üzə çıxarmaq üçün yaradılan şəraitdən, dövlət səviyyəsində görülən tədbirlərdən bəhs edib. Daha sonra görüşdə iştirak edən Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu çıxış edərək Novruz Aslanın parlamentdə təmsil etdiyi rayon üçün gördüyü işlərdən danışıb. Səmimi şəraitdə davam edən görüşdə İsmayıllı gənclərini qayğılandıran məsələlər müzakirə olunub.

Keçirilən görüşdə iştirak edən İsmayıllı gəncləri və rayon ictimaiyyətinin nümayəndələri Ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya Azərbaycan gəncliyinə göstərilən diqqət və qayğıya, eləcə də yaradılan şəraitə görə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək avqustun 30-da keçirilmiş görüşdə 270 nəfərə yaxın gənc İsmayıllılı iştirak edib. Beləliklə, deputatlığa namizəd Novruzəli Aslanov seçki-təşviqat kampaniyası dövründə İsmayıllı rayonunda keçirdiyi 56 görüşdə ümumilikdə 6400 nəfərə yaxın seçici ilə görüşüb.
Geri dön