Ana Sayfa > Manşet / Parlament / Siyasət / Özəl > ƏZİZ ƏLƏKBƏRLİ UĞURUNUN SİRRİ: SADƏLİK, TƏVAZÖKARLIQ VƏ XALQA DOĞMALIQ
ƏZİZ ƏLƏKBƏRLİ UĞURUNUN SİRRİ: SADƏLİK, TƏVAZÖKARLIQ VƏ XALQA DOĞMALIQ30-08-2024, 11:49. Yazar: sevinc1 |
Aia.az saytı ənənəvi olaraq seçkilər ərəfəsində əhalinin seçkiyə, namizədlərə münasibətini öyrənmək məqsədi ilə mütəmadi rəy sorğuları keçirir. Məlum olduğu kimi bu il sentyabrın 1-də Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər keçiriləcəkdir. Ənənəmizə uyğun olaraq əməkdaşlarımızdan ibarət araşdırma qrupu Saatlı rayonunda ezamiyyətdə olmuş, 66 saylı Saatlı Seçki Dairəsinin hüdudları daxilində seçicilər arasında rəy sorğusu keçirmişlər. Məqsəd 1 sentyabr 2024-cü il tarixdə keçiriləcək növbədənkənar parlament seçkiləri ərəfəsində seçicilərin seçkiyə münasibətini qiymətləndirmək, seçici fəallığı və Milli Məclis üzvlüyünə namizədlərə əhalinin münasibətinin müəyyənləşdirilməsi olmuşdur. Sorğunun obyektiv keçirilməsi üçün fərqli məkanlar və fərqli əhali kateqoriyaları seçilmişdir. Qeyd edək ki, sorğuda iştirak edən respondentlərin 49,4%-ni kişilər, 50,6%-ni isə qadınlar təşkil edib. Respondentlərin 36 %-i 18-29 yaş, 25,6 %-i 30-39, 22,8%-i 40-49, 15,4%-i 50-59 yaş, 14,8%-i isə 60 və ondan yuxarı yaş kateqoriyalarına aid olub. Rəyi soruşulanların yarısından çoxu, yəni 52,2%-i orta təhsilli, 23,7%-i orta ixtisas təhsilli, 10,2%-i natamam ali təhsilli, 11,5%-i ali təhsilli, 3,3%-i isə tam orta təhsili olmayanlardır. “66 saylı Saatlı Seçki Dairəsindən deputatlığa namizədlərdən kimi tanıyırsnız?” sualına respondentlərin 70 faizi VI çağırış Milli Məclisin deputatı Əziz Ələkbərlini yaxşı tanıdıqlarını bildirmişlər. Seçicilər qeyd etmişlər ki, Əziz Ələkbərli müstəqilliyin ilk illərindən mətbuatdadır. Onun “Vətən səsi” qəzetində, digər mətbu orqanlarda yazıları, çıxışları həmişə rəğbətlə qarşılanmışdır. Azərbaycan Qaçqınlar Cəmiyyətində fəaliyyəti də unudulmayıb. Kifayət qədər populyar siyasi xadimdir, Qərbi Azərbaycan İcmasının sədri kimi fəaliyyəti yüksək qiymətə layiqdir. “Namizdələrdən kimin deputat seçilməsini istərdiniz və kimə səs verəcəksiniz?” sualına rəyi soruşulanların 73 %-i Əziz Ələkbərlinin 20,2 %-i digər namizədlərin adını çəkmiş,1 faiz seçici səs verəcəyi namizədi müəyyənləşdirmədiyini bildirmiş, 5,8%-i isə “heç kimə” cavabını vermişdir. “Rəğbət bəslədiyiniz namizədə hansı keyfiyyətlərinə görə səs verəcəksiniz?” sualına cavab verən respondentlər bildirib ki, Əziz Ələkbərli VI çağırış Milli Məclisin deputatı olduğu dövrdə daim seçicilərlə birlikdə olub, onların ağrı-acısını, sevincini, qayğılarını belə onlarla birlikdə yaşayıb. Bu illər ərzində dərdimizi-sərimizi Əziz müəllimə demiş, ondan dəstək almışıq. Xeyir-şərimizdə iştirak edən Əziz müəllim artıq siyasi xadim kimi formalaşmış şəxsdir. 4 il ərzində Saatlı camaatı onu şəxsən tanımış, sadəliyinə və təvazökarlığına görə bu insana olan hörmət daha da artmışdır. Onun şəhid ailələrinə, gənclərə, ağsaqqallara olan xüsusi diqqəti daim nəzərləri cəlb etmişdir. Bir alim kimi, bir insan kimi Əziz müəllim insanların qəlbini fəth edə bilmişdir. Geniş təcrübəyə malik olan bu namizəd bütün parametrlərinə görə digərlərindən fərqlənir. Əziz Ələkbərlinin təbliğat kampaniyası dövründəki fəaliyyətini yüksək qiymətləndirən ziyalı Cəfər Məmmədov müxbirimizə demişdir: - Əziz Ələkbərli bu gün Saatlıda ən populyar adamdır. İnsanlar onu tək millət vəkili kimi yox, yaxın və əziz adamı kimi qarşılayırlar. Ən maraqlısı da odur ki, Saatlı camaatı onunla görüşə təkcə problem və qayğılardan danışmağa yox, həm də onun gözəl söhbətini dinləmək üçün gəlirlər. Bir sözlə Əziz Ələkbərli fenomeninin sirri onun elmində, sadəliyində, təvazökarlığında, hər kəsi öz dilində danışdırmağındadır. Belə adamlara el ağsaqqalı, el adamı deyirlər. Əziz müəllim də Saatlı camaatı üçün artıq bu səviyyədə bir şəxsiyyətdir. Kərbəlayi Ziyafət:- İlk dəfədir ki, deputatlığa namizədin seçicilərlə fərdi qaydada görüşünün şahidi oluram. Əziz müəllim bu kampaniya dövründə bütün şəhid ailələrini ziyarət elədi, ağsaqqallarla fərdi görüşlər keçirdi, gənclərlə mənalı söhbətləri oldu. Biz qərarımızı vermişik. Ailəlikcə Əziz müəllimə səs verəcəyik. Qonşularımın, qohumlarımın, dost-tanışlarımın da fikri eynidir. Göründüyü kimi sorğunun nəticələri 66 saylı Saatlı Seçki Dairəsində deputatlığa namizəd Əziz Ələkbərlinin ictimai rəydə üstünlük təşkil etdiyini göstərir. Əlbəttə ki son sözü seçicilər sentyabrın 1-də deyəcəklər. Biz də mətbu orqan kimi keçmiş həmkarımız, gözəl alim, Qərbi Azərbaycan həqiqətlərini dünyaya çatdıran, tanıtdıran Əziz Əlkəbərliyə uğurlar arzulayırıq! aia.az Geri dön |