Ana Sayfa > Karusel > 125 saylı Zəngilan-Qubadlı seçki dairəsində keçirilən sorğunun nəticələri deputatlığa namizəd İmamverdi İsmayılovun üstünlüyünü göstərdi

125 saylı Zəngilan-Qubadlı seçki dairəsində keçirilən sorğunun nəticələri deputatlığa namizəd İmamverdi İsmayılovun üstünlüyünü göstərdi


26-08-2024, 11:47. Yazar: sevinc1
125 saylı Zəngilan-Qubadlı seçki dairəsində keçirilən sorğunun nəticələri deputatlığa namizəd İmamverdi İsmayılovun üstünlüyünü göstərdi

aia.az saytı ənənəvi olaraq seçkilər ərəfəsində əhalinin seçkiyə, namizədlərə münasibətini öyrənmək məqsədi ilə mütəmadi rəy sorğuları keçirir. Məlum olduğu kimi bu il sentyabrın 1-də Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər keçiriləcəkdir. Ənənəmizə uyğun olaraq əməkdaşlarımızdan ibarət araşdırma qrupu bu dəfə də 125 saylı Zəngilan-Qubadlı seçki dairəsinə daxil olan ərazilərdə seçicilər arasında rəy sorğusu keçirmişlər.

Məqsəd VII çağırış Milli Məclisə keçiriləcək seçkilər ərəfəsində şəhərimizin bu ərazisində formalaşan ictimai rəyin qiymətləndirilməsi, seçici fəallığı və Milli Məclis üzvlüyünə namizədlərə əhalinin münasibətinin müəyyənləşdirilməsi olmuşdur. Sorğunun obyektiv keçirilməsi üçün fərqli məkanlar və fərqli əhali kateqoriyaları seçilmişdir.

Qeyd edək ki, sorğuda iştirak edən respondentlərin 56,4%-ni kişilər, 43,6%-ni isə qadınlar təşkil edib. Respondentlərin 17,8%-i 18-29 yaş, 23,2%-i 30-39, 22,7%-i 40-49, 21,6%-i 50-59 yaş, 14,7%-i isə 60 və ondan yuxarı yaş kateqoriyalarına aid olub. Rəyi soruşulanların yarısından çoxu, yəni 34,5%-i orta təhsilli, 32,3%-i orta ixtisas təhsilli, 3,4%-i natamam ali təhsilli və 29,8%-i ali təhsilli vətəndaşlardır.

İlk növbədə respondentlərimizə ünvanladığımız “125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən deputatlığa namizədlərdən kimi tanıyırsnız?” sualına respondentlərin demək olar ki, hamısı VI çağırış Milli Məclisin deputatı İmamverdi İsmayılovu yaxşı tanıdıqlarını bildirmişlər. Seçicilər qeyd etmişlər ki, bu namizəd həm əvvəlki illərdə Parlamentdə uğurlu fəaliyyəti, həm də rayon sakinlərinə daim diqqət və qayğı ilə yanaşması ilə seçicilərin böyük hörmət və rəğbətini qazana bilmişdir.

“Namizdələrdən kimin deputat seçilməsini istərdiniz və kimə səs verəcəksiniz?” sualına rəyi soruşulanların 54,8%-i İmamverdi İsmayılovun, 20,9%-i digər namizədlərin adını çəkmiş, 15,1% seçici səs verəcəyi namizədi müəyyənləşdirmədiyini bildirmiş, 9,2%-i isə “heç kimə” cavabını vermişdir.

Göründüyü kimi sorğunun nəticələri 125 saylı Zəngilan-Qubadlı seçki dairəsində deputatlığa namizəd İmamverdi İsmayılovun ictimai rəydə kifayət qədər böyük üstünlük təşkil etdiyini göstərir.
Geri dön