Ana Sayfa > Manşet / Aia TV / Seçki 2024 > Deputatlığa namizəd Novruzəli Aslan növbəti görüşünü İsmayıllı şəhər sakinləri ilə keçirib

Deputatlığa namizəd Novruzəli Aslan növbəti görüşünü İsmayıllı şəhər sakinləri ilə keçirib


30-08-2024, 08:10. Yazar: sevinc1
Deputatlığa namizəd Novruzəli Aslan növbəti görüşünü İsmayıllı şəhər sakinləri ilə keçirib

VII çağırış Milli Məclisə seçkilərdə deputatlığa namizədliyi 89 saylı İsmayıllı seçki dairəsindən qeydə alınmış Novruzəli Aslanov (Novruz Aslan) seçicilərlə görüşlərini davam etdirir.

aia.az xəbər verir ki, Novruz Aslan avqustun 29-da seçki-təbliğat kampaniyasının planına uyğun olaraq İsmayıllı şəhərində yerləşən “Gülüstan” şadlıq sarayında şəhər sakinləri ilə görüş keçirib. Böyük ruh yüksəkliyi şəraitində keçən görüşün gedişində deputatlığa namizəd seçicilərə Milli Məclisdəki fəaliyyəti barədə açıqlamalar verib və öz platformasını təqdim edib. Daha sonra görüşdə iştirak edən Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu çıxış edərək Novruz Aslanın parlamentdə təmsil etdiyi rayon üçün gördüyü işlərdən danışıb. Səmimi şəraitdə davam edən görüşdə İsmayıllı sakinlərini qayğılandıran məsələlər müzakirə olunub.

Qeyd edək avqustun 29-da keçirilmiş görüşdə 200 nəfərə yaxın şəhər sakini iştirak edib. Beləliklə, deputatlığa namizəd Novruzəli Aslanov özünün seçki-təşviqat komandasının üzvləri ilə birgə İsmayıllı rayonunda keçirdiyi 55 görüşdə ümumilikdə 6100 nəfər seçici ilə görüşüb.

Keçirilən görüşlərdə iştirak edən İsmayıllı sakinləri və rayon ictimaiyyətinin nümayəndələri Ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Geri dön