Ana Sayfa > Karusel > 98 saylı Bərdə-Tərtər seçki dairəsində keçirilən sorğunun nəticələri deputatlığa namizəd Xanlar Fətiyevin üstünlüyünü göstərdi

98 saylı Bərdə-Tərtər seçki dairəsində keçirilən sorğunun nəticələri deputatlığa namizəd Xanlar Fətiyevin üstünlüyünü göstərdi


18-08-2024, 15:47. Yazar: sevinc1
98 saylı Bərdə-Tərtər seçki dairəsində keçirilən sorğunun nəticələri deputatlığa namizəd Xanlar Fətiyevin üstünlüyünü göstərdi

aia.az saytı ənənəvi olaraq seçkilər ərəfəsində əhalinin seçkiyə, namizədlərə münasibətini öyrənmək məqsədi ilə mütəmadi rəy sorğuları keçirir. Məlum olduğu kimi bu il sentyabrın 1-də Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər keçiriləcəkdir. Ənənəmizə uyğun olaraq əməkdaşlarımızdan ibarət araşdırma qrupu bu dəfə də 98 saylı Bərdə-Tərtər seçki dairəsinə daxil olan ərazilərdə seçicilər arasında rəy sorğusu keçirmişlər.

Məqsəd VII çağırış Milli Məclisə keçiriləcək seçkilər ərəfəsində şəhərimizin bu ərazisində formalaşan ictimai rəyin qiymətləndirilməsi, seçici fəallığı və Milli Məclis üzvlüyünə namizədlərə əhalinin münasibətinin müəyyənləşdirilməsi olmuşdur. Sorğunun obyektiv keçirilməsi üçün fərqli məkanlar və fərqli əhali kateqoriyaları seçilmişdir.

Qeyd edək ki, sorğuda iştirak edən respondentlərin 53,7%-ni kişilər, 36,3%-ni isə qadınlar təşkil edib. Respondentlərin 21,8%-i 18-29 yaş, 24,2%-i 30-39, 27,6%-i 40-49, 17,7%-i 50-59 yaş, 8,7%-i isə 60 və ondan yuxarı yaş kateqoriyalarına aid olub. Rəyi soruşulanların yarısından çoxu, yəni 35,8%-i orta təhsilli, 29,4%-i orta ixtisas təhsilli, 3,4%-i natamam ali təhsilli və 31,4%-i ali təhsilli vətəndaşlardır.

İlk növbədə respondentlərimizə ünvanladığımız “98 saylı Bərdə-Tərtər seçki dairəsindən deputatlığa namizədlərdən kimi tanıyırsnız?” sualına respondentlərin demək olar ki, hamısı VII çağırış Milli Məclisə deputatlığa namizəd Xanlar Fətiyevi tanıdıqlarını bildirmişlər.

“Namizdələrdən kimin deputat seçilməsini istərdiniz və kimə səs verəcəksiniz?” sualına rəyi soruşulanların 61,3%-i Xanlar Fətiyevin, 23,4%-i digər namizədlərin adını çəkmiş, 10,8% seçici səs verəcəyi namizədi müəyyənləşdirmədiyini bildirmiş, 4,5%-i isə “heç kimə” cavabını vermişdir.

Göründüyü kimi sorğunun nəticələri 98 saylı Bərdə-Tərtər seçki dairəsində deputatlığa namizəd Xanlar Fətiyevin ictimai rəydə kifayət qədər böyük üstünlük təşkil etdiyini göstərir.
Geri dön