Ana Sayfa > Karusel > 17 saylı Yasamal üçüncü seçki dairəsində keçirilən sorğunun nəticələri deputatlığa namizəd Göydəniz Qəhrəmanovun üstünlüyünü göstərdi
17 saylı Yasamal üçüncü seçki dairəsində keçirilən sorğunun nəticələri deputatlığa namizəd Göydəniz Qəhrəmanovun üstünlüyünü göstərdi29-08-2024, 14:45. Yazar: sevinc1 |
![]() aia.az saytı ənənəvi olaraq seçkilər ərəfəsində əhalinin seçkiyə, namizədlərə münasibətini öyrənmək məqsədi ilə mütəmadi rəy sorğuları keçirir. Məlum olduğu kimi bu il sentyabrın 1-də Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər keçiriləcəkdir. Ənənəmizə uyğun olaraq əməkdaşlarımızdan ibarət araşdırma qrupu bu dəfə də Yasamal rayonunda olub, 17 saylı Yasamal üçüncü seçki dairəsinə daxil olan ərazilərdə seçicilər arasında rəy sorğusu keçirmişlər. Məqsəd VII çağırış Milli Məclisə keçiriləcək seçkilər ərəfəsində şəhərimizin bu ərazisində formalaşan ictimai rəyin qiymətləndirilməsi, seçici fəallığı və Milli Məclis üzvlüyünə namizədlərə əhalinin münasibətinin müəyyənləşdirilməsi olmuşdur. Sorğunun obyektiv keçirilməsi üçün fərqli məkanlar və fərqli əhali kateqoriyaları seçilmişdir. Qeyd edək ki, sorğuda iştirak edən respondentlərin 49,7%-ni kişilər, 50,3%-ni isə qadınlar təşkil edib. Respondentlərin 21,8%-i 18-29 yaş, 24,2%-i 30-39, 27,6%-i 40-49, 17,7%-i 50-59 yaş, 8,7%-i isə 60 və ondan yuxarı yaş kateqoriyalarına aid olub. Rəyi soruşulanların yarısından çoxu, yəni 35,8%-i orta təhsilli, 29,4%-i orta ixtisas təhsilli, 3,4%-i natamam ali təhsilli və 31,4%-i ali təhsilli vətəndaşlardır. “Namizdələrdən kimin deputat seçilməsini istərdiniz və kimə səs verəcəksiniz?” sualına rəyi soruşulanların 46,7%-i Göydəniz Qəhrəmanovun, 21,4%-i digər namizədlərin adını çəkmiş, 19,8% seçici səs verəcəyi namizədi müəyyənləşdirmədiyini bildirmiş, 12,1%-i isə “heç kimə” cavabını vermişdir. Göründüyü kimi sorğunun nəticələri 17 saylı Yasamal üçüncü seçki dairəsində deputatlığa namizəd Göydəniz Qəhrəmanovun ictimai rəydə kifayət qədər böyük üstünlük təşkil etdiyini göstərir. Geri dön |