Ana Sayfa > Parlament > Könül Nurullayeva seçki təbliğat-təşviqat kampaniyası çərçivəsində bir sıra görüşlər keçirib

Könül Nurullayeva seçki təbliğat-təşviqat kampaniyası çərçivəsində bir sıra görüşlər keçirib


29-08-2024, 13:32. Yazar: sevinc1
Könül Nurullayeva seçki təbliğat-təşviqat kampaniyası çərçivəsində bir sıra görüşlər keçirib

Könül Nurullayeva növbəti görüşünü paytaxtın Nizami rayonundan olan səhiyyə işçiləri ilə O.Vəliyev küçəsi 1 ünvanında yerləşən Mədəniyyət evində keçirib.

aia.az xəbər verir ki, görüşdə cəmiyyətimizin sağlamlığını qorumaqda əvəzsiz rolu olan həkimlər, tibb bacıları və digər tibb işçilərinin fədakar əməyindən söhbət açılıb. Xüsusilə vurğulanıb ki, insanların sağlamlığı güclü dövlətin təməlidir. K.Nurullayeva çıxış edərək, bu şərəfli peşəyə yiyələnmiş seçicilərin səsləndirdikləri müraciətlərin həlli istiqamətində əlimdən gələni edəcəyini bildirib.
Nizami rayonundan olan şəhid ailələri ilə görüşlərini davam etdirən Könül Nurullayeva bu dəfə İbrahimov Rafaelin ailəsinə baş çəkib, onlarla söhbətləşib, problemləri ilə yaxından tanış olub. Görüşdə qeyd edilib ki, Rafael İbrahimli başda olmaqla bütün şəhidlərimizin xatirəsi daim xalqımızın qəlbində yaşayacaq, onların göstərdiyi şücaət isə tarixdə əbədi qalacaq.

Könül Nurullayeva, həmçinin məhəlli görüşləri çərçivəsində Nizami rayonu Mehdi Abbasov küçəsi 92, 94 və 96, Məmmədəli Şərifli küçəsi 98, 100, Rüstəm Rüstəmov küçəsi 21A və 47 ünvanlarında yaşayan sakinlərlə də görüşüb, bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparıb. Görüşdə iştirak edən hər kəsə minnətdarlığını bildirən K.Nurullayeva vurğulayıb ki, seçicilərin səsləndirdikləri məsələlərin hər biri diqqətindədir və seçkilərdə ona etimad göstərildiyi təqdirdə onların həlli istiqamətində çalışacaq.
Geri dön