Ana Sayfa > Karusel > 32 saylı Suraxanı üçüncü seçki dairəsində keçirilən sorğunun nəticələri deputatlığa namizəd Afət Həsənovanın üstünlüyünü göstərdi
32 saylı Suraxanı üçüncü seçki dairəsində keçirilən sorğunun nəticələri deputatlığa namizəd Afət Həsənovanın üstünlüyünü göstərdi25-08-2024, 13:18. Yazar: sevinc1 |
![]() aia.az saytı ənənəvi olaraq seçkilər ərəfəsində əhalinin seçkiyə, namizədlərə münasibətini öyrənmək məqsədi ilə mütəmadi rəy sorğuları keçirir. Məlum olduğu kimi bu il sentyabrın 1-də Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər keçiriləcəkdir. Ənənəmizə uyğun olaraq əməkdaşlarımızdan ibarət araşdırma qrupu bu dəfə də Suraxanıda olub, 32 saylı Suraxanı üçüncü seçki dairəsinə daxil olan ərazilərdə seçicilər arasında rəy sorğusu keçirmişlər. Məqsəd VII çağırış Milli Məclisə keçiriləcək seçkilər ərəfəsində şəhərimizin bu ərazisində formalaşan ictimai rəyin qiymətləndirilməsi, seçici fəallığı və Milli Məclis üzvlüyünə namizədlərə əhalinin münasibətinin müəyyənləşdirilməsi olmuşdur. Sorğunun obyektiv keçirilməsi üçün fərqli məkanlar və fərqli əhali kateqoriyaları seçilmişdir. Qeyd edək ki, sorğuda iştirak edən respondentlərin 41,5%-ni kişilər, 58,5%-ni isə qadınlar təşkil edib. Respondentlərin 18,8%-i 18-29 yaş, 22,2%-i 30-39, 22,6%-i 40-49, 21,7%-i 50-59 yaş, 14,7%-i isə 60 və ondan yuxarı yaş kateqoriyalarına aid olub. Rəyi soruşulanların yarısından çoxu, yəni 34,8%-i orta təhsilli, 29,3%-i orta ixtisas təhsilli, 3,4%-i natamam ali təhsilli və 32,5%-i ali təhsilli vətəndaşlardır. İlk növbədə respondentlərimizə ünvanladığımız “32 saylı Suraxanı üçüncü seçki dairəsindən deputatlığa namizədlərdən kimi tanıyırsnız?” sualına respondentlərin demək olar ki, hamısı VI çağırış Milli Məclisin deputatı Afət Həsənovanı yaxşı tanıdıqlarını bildirmişlər. Seçicilər qeyd etmişlər ki, bu namizəd həm əvvəlki illərdə Parlamentdə uğurlu fəaliyyəti, həm də rayon sakinlərinə daim diqqət və qayğı ilə yanaşması ilə seçicilərin böyük hörmət və rəğbətini qazana bilmişdir. “Namizdələrdən kimin deputat seçilməsini istərdiniz və kimə səs verəcəksiniz?” sualına rəyi soruşulanların 69,4%-i Afət Həsənovanın, 20,9%-i digər namizədlərin adını çəkmiş, 5,1% seçici səs verəcəyi namizədi müəyyənləşdirmədiyini bildirmiş, 4,6%-i isə “heç kimə” cavabını vermişdir. Göründüyü kimi sorğunun nəticələri 32 saylı Suraxanı üçüncü seçki dairəsində deputatlığa namizəd Afət Həsənovanın ictimai rəydə kifayət qədər böyük üstünlük təşkil etdiyini göstərir. Geri dön |