Ana Sayfa > Ölkə > Cinayətdə şübhəli bilinən 37 nəfər saxlanıldı

Cinayətdə şübhəli bilinən 37 nəfər saxlanıldı


29-08-2024, 10:06. Yazar: sevinc1
Cinayətdə şübhəli bilinən 37 nəfər saxlanıldı

Avqustun 28-də ölkə ərazisində qeydə alınan 38, əvvəlki dövrlərdən bağlı qalan 1 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

DİN-in Mətbuat Xidmətindən aia.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 122, o cümlədən borclu şəxs qismində axtarışda olan 100 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 20, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 13 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 37 nəfər saxlanılıb.

aia.az
Geri dön