Ana Sayfa > Parlament > Beyləqanda seçicilərlə görüşlər davam edir

Beyləqanda seçicilərlə görüşlər davam edir


28-08-2024, 20:00. Yazar: sevinc1
Beyləqanda seçicilərlə görüşlər davam edir

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 83 saylı Beyləqan seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Şahin İsmayılovun Beyləqan rayonunun Bünyadlı, Gödəklər, Sarısu kəndlərinin seçiciləri ilə görüşü keçirilib.

Görüşü giriş sözü ilə açan YAP Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov xalqın inamını qazanan YAP-ın “Yeni dövrə yeni Azərbaycanla” şüarı ilə apardığı təbliğatla bağlı seçicilərə məlumat verib. O, seçiciləri seçkilərdə fəal olmağa və YAP-ın namizədinə səs verməyə dəvət edib.

Çıxış edən deputatlığa namizəd Şahin İsmayılov partiyanın seçki platforması haqqında məlumat verib. Parlament seçkilərinin ilk dəfə ərazi bötövlüyü və suverenliyini tam bərpa etmiş Azərbaycanda keçirildiyinə diqqət çəkən Ş.İsmayılov seçkilərin ölkə üçün əhəmiyyətli bir siyasi hadisə olduğunu qeyd edib. Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin böyük uğurlar əldə etdiyini və dünya ölkələri arasında söz sahibi olduğunu vurğulayan namizəd qarşıda yeni-yeni uğurların əldə olunacağına heç bir şübhənin olmadığını deyib.

Görüş iştirakçıları YAP-ın namizədini dəstəklədiklərini qeyd edərək sentyabrın 1-də keçiriləcək seçkilərdə Şahin İsmayılova səs verəcəklərini bildiriblər.

Qeyd edək ki, Ş.İsmayılov rayonu təmsil edən Mil Futbol Klubunun üzvləri ilə də görüşüb.(yap.org)
Geri dön