Ana Sayfa > Manşet / Gündəm > FHN-in amfibiya təyyarəsi Türkiyədəki meşə yanğınları ilə mübarizə tədbirlərini davam etdirir
FHN-in amfibiya təyyarəsi Türkiyədəki meşə yanğınları ilə mübarizə tədbirlərini davam etdirir29-08-2024, 09:00. Yazar: sevinc1 |
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Türkiyə Respublikasındakı güclü meşə yanğınları ilə mübarizə tədbirlərinə köməklik göstərilməsi məqsədilə qardaş ölkəyə göndərilmiş Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin “BE-200ÇS” amfibiya tipli təyyarəsi yanğınsöndürmə əməliyyatını davam etdirir. FHN-dən aia.az-a verilən xəbərə görə, ötən gün ərzində təyyarə Balıkesir-Edremit istiqamətində meşədəki yanğınla mübarizə tədbirlərinə cəlb olunub. Hazırda yanğınsöndürmə əməliyyatı davam etdirilir. aia.az Geri dön |