Ana Sayfa > Seçki 2024 > Nizami Səfərov Tovuz şəhərində şəhid ailələrini ziyarət edib

Nizami Səfərov Tovuz şəhərində şəhid ailələrini ziyarət edib


28-08-2024, 17:59. Yazar: sevinc1
Nizami Səfərov Tovuz şəhərində şəhid ailələrini ziyarət edib

Azərbaycan Respublikası Milli Məclisinə sentyabrın 1-də keçiriləcək növbədənkənar seçkilərdə Yeni Azərbaycan Partiyası tərəfindən 106 saylı Tovuz seçki dairəsindən namizədliyi irəli sürülmüş Nizami Səfərov Tovuz şəhərində şəhid ailələrini ziyarət etmişdir.
Namizəd Nizami Səfərov Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın şəhid ailələrinə yüksək həssasiyyətindən, diqqət-qayğısından danışaraq, həmin həssaslıq və diqqət-qayğının hər birimiz üçün örnək təşkil etdiyini, Şəhid ailələrinə diqqət və qayğı hər birimizin borcu olduğunu vurğulayaraq, şəhidlərin ömür-gün yoldaşları, ailə üzvləri, valideynləri ilə hər bir görüş, onun üçün doğma görüş olduğunu, şəhidlərimizin ruhu qarşısında dərin sayğılarla baş əydiyini bildirmişdir.
Şəhid ailələri dövlət tərəfindən onlara daim göstərilən diqqət və qayğıdan razı qaldıqlarını bildirərək ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya sonsuz sevgi və hörmətlərini ifadə ediblər.
Geri dön