Ana Sayfa > Seçki 2024 > Böyük inkişaf yolu

Böyük inkişaf yolu


28-08-2024, 17:39. Yazar: sevinc1
Böyük inkişaf yolu

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 55 saylı Siyəzən-Quba-Xızı seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Müşfiq Məmmədlinin YAP Xızı rayon təşkilatının qərargahında seçicilərlə növbəti görüşü keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.

Görüşü giriş sözü ilə açan YAP Xızı rayon təşkilatının sədri Ayaz Quliyev YAP-ın növbəti qələbə qazanmaq əzmində olduğunu vurğulayaraq, parlament seçkilərinin beynəlxalq standartlara və demokratik prinsiplərə uyğun keçiriləcəyinə əminliyini xüsusi vurğulayıb.

Daha sonra çıxış edən deputatlığa namizəd Müşfiq Məmmədli YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. O bildirib ki, sentyabrın 1-də keçiriləcək parlament seçkiləri xüsusi əhəmiyyəti ilə seçilir - bu seçki müstəqillik tariximizdə ilk dəfə olaraq ərazi bütövlüyü və suverenliyi tam təmin olunmuş Azərbaycanda baş tutacaq. M.Məmmədli qeyd edib ki, YAP milli maraqları daim üstün tutaraq ölkəmizin inkişafında müstəsna rol oynayıb. O, YAP Sədri, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu siyasətin nəticəsi olaraq YAP-ın bu dəfə də möhtəşəm qələbə qazanacağına əminliyini bildirib.

Qeyd edək ki, deputatlığa namizəd M.Məmmədli Xızı rayonunda şəhid ailələri və qazilərlə də görüş keçirilib.

Görüşdə şəhid ailələri və qazilər sentyabrın 1-də növbədəkənar parlament seçkilərində fəal iştirak edəcəklərini və YAP-ın namizədinə səs verəcəklərini bildiriblər.(yap.org)
Geri dön