Ana Sayfa > Gündəm / Karusel > Metropolitendə vakansiya var

Metropolitendə vakansiya var


2-12-2016, 14:08. Yazar: kamran


“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti (QSC) sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi şöbəsinə mütəxəssislərin işə qəbulunu elan edir.

Bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

O bildirib ki, işə qəbul üçün müraciət edən şəxs texniki ali təhsilli, hərbi mükəlləfiyyətli və 25-35 yaş arasında olmalıdır. Həmçinin, işə qəbulda xarici dil (ingilis) bilməyə üstünlük verilir. İşə qəbul olunacaq şəxsin kompüter proqram təminatının bacarıqları (MS Office - Word, Excel, Power Point, Outlook) və Azərbaycan qanunvericiliyi ilə bağlı məlumatı olmalıdır.

İşə qəbul olmaq istəyənlər “Bakı Metropoliteni” QSC-nin rəsmi veb-səhifəsinin “Karyera və əməkdaşlıq” bölməsinə daxil olub, elektron müraciət formasını doldurmalıdırlar (http://metro.gov.az/az/career/workforus). Anket doldurularkən “İşləmək istədiyiniz işin adı” xanasına “Əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə mühəndis” vəzifəsinin qeyd edilməsi zəruridir.

Metropolitendə işləmək istəyənlər bu il dekabrın 20-dək müraciət etməlidir.
Geri dön