Ana Sayfa > Seçki 2024 > Tərəqqi yolunda inamla addımlayırıq

Tərəqqi yolunda inamla addımlayırıq


28-08-2024, 17:22. Yazar: sevinc1
Tərəqqi yolunda inamla addımlayırıq

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası tərəfindən 103 saylı Şəmkir kənd seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Nurlan Həsənovun YAP Şəmkir rayon təşkilatının qərərgahında Səhiyyə sahəsində çalışan işçilərlə və rayonun Dəllər-Daşbulaq kəndinin seçicilərilə görüşü keçirilib.
Görüşləri giriş sözü ilə açan YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev bildirib ki, Yeni Azərbaycan Partiyası müasir çağırışlara cavab verən, öz fəaliyyətini yeni tendensiyalar əsasında davam etdirən dinamik ictimai-siyasi qüvvədir. Qeyd edib ki, indi Azərbaycanda görülmüş işlər, ölkəmizin uğurlu inkişafı hər bir vətəndaşa sirayət edir. Vurğulanıb ki, bütün bunlar iqtidarın apardığı siyasətə alternativ olmadığını əyani şəkildə göstərir.
Çıxış edən deputatlığa namizəd Nurlan Həsənov Yeni Azərbaycan Partiyasının tarixi ənənələrə, müasir çağırışlara və mütərəqqi dəyərlərə əsaslanan fəaliyyəti ilə milli həmrəyliyin ideoloji düsturu olan azərbaycançılıq məfkurəsinin geniş təbliğinə vacib töhfələr verdiyini ifadə edib. O, seçiciləri fəal olmağa, davamlı zəfərlərə imza atılması üçün layiq bildikləri namizədə səs verməyə çağırıb.  
Görüşlərdə təşviqat qrupunun üzvləri Ayaz Orucov, Elvira Allahverdiyeva və başqaları qalib Azərbaycanın bundan sonra daha da inamla irəliyə doğru addımlayacağını, möhtəşəm uğurlara imza atacağını ifadə ediblər.
Çıxış edən seçicilər Yeni Azərbaycan Partiyasının namizədlərini dəstəkləyəcəklərini bildiriblər.




Geri dön