Ana Sayfa > Siyasət > Müttəfiqlik münasibətləri haqqında müqavilə yüksək beynəlxalq sənəddir
Müttəfiqlik münasibətləri haqqında müqavilə yüksək beynəlxalq sənəddir28-08-2024, 17:07. Yazar: sevinc1 |
Azərbaycan-Özbəkistan əlaqələrinin rəsmi müttəfiqlik səviyyəsinə yüksəlməsi təbiidir və hər iki ölkənin liderinin iradəsinin, qardaş xalqlarının istəyinin təcəssümüdür. Azərbaycan Prezidenti İlham Əliyevin avqustun 22-23-də Özbəkistana dövlət səfərində Özbəkistan Prezidenti Şövkət Mirziyoyevin iştirakı ilə imzalanan sənədlər sırasında “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” ən mühüm sənədlərdəndir. Bu müqavilə ilə iki ölkə rəsmi səviyyədə müttəfiq oldu. Bu müqavilə bütün sahələri özündə əks etdirir, o cümlədən hərbi-təhlükəsizlik məsələlərini də nəzərdə tutur. Milli maraqlara əsaslanan praqmatik siyasi xəttin tərəfdarı olan İlham Əliyev və Şavkat Mirziyoyev müasir dünyada inkişafa və tərəqqiyə yalnız qarşılıqlı faydalı əməkdaşlıqla, müttəfiqliklə nail olmağın mümkünlüyünü düzgün qiymətləndirir və bu istiqamətdə addımlar atırlar. Hər iki ölkə Türk Dövlətləri Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, MDB, BMT kimi beynəlxalq platformalarda əməkdaşlıq edirlər. Özbəkistan 44 Günlük Vətən Müharibəsindəki parlaq qələbəmizlə artıq tarixdə qalmış Qarabağ münaqişəsinin həllində hər zaman Azərbaycanın ədalətli mövqeyini dəstəkləyib, dəfələrlə beynəlxalq təşkilatlar, ikitərəfli və çoxtərəfli görüşlər çərçivəsində dövlətimizin ərazi bütövlüyü ilə bağlı birmənalı mövqeyini qətiyyətlə ifadə edib. Bəhruz Ramazanov , YAP Qusar rayon təşkilatının məsləhətçisi. Geri dön |