Ana Sayfa > Parlament > YAP zəngin və şərəfli inkişaf yoluna malikdir

YAP zəngin və şərəfli inkişaf yoluna malikdir


28-08-2024, 17:02. Yazar: sevinc1
YAP zəngin və şərəfli inkişaf yoluna malikdir

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası tərəfindən 117 saylı Oğuz-Qəbələ-Şəki seçki dairəsi üzrə deputatlığa namizədliyi irəli sürülmüş Qurbanov Eyvaz Daşdəmir oğlunun Oğuz rayonunun Təhsil sahəsində çalışan seçiciləri ilə görüşüb.
Görüşlərdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
Görüşü giriş sözü ilə açan YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov Yeni Azərbaycan Partiyasının parlament seçkilərinə “Yeni dövrə yeni Azərbaycanla!” şüarı ilə qatıldığını diqqətə çatdırıb. Qeyd etdi ki, yarandığı gündən partiya respublikada keçirilən bütün seçkilərdə qalib olduğu kimi, bu dəfə də seçkilərə yüksək səviyyədə hazırlaşıb və qələbə əzmindədir. Rayonun Təhsil sahəsində çalışanların seçkilərdə xüsusi fəallıqlarını qeyd etdi. O, deputatlığa namizəd Eyvaz Qurbanov haqqında seçicilərə məlumat verdi. Seçiciləri sentyabrın 1-də keçiriləcək parlament seçkilərində aktiv iştirak etməyə və YAP-ın namizədinə səs verməyə çağırıdı.
Çıxış edən deputatlığa namizəd Eyvaz Qurbanov əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. Qeyd etdi ki, ərazi bütövlüyünü tam təmin edən qalib Azərbaycan dövlət olaraq tarixinin qürur dövrünü yaşayır. 44 günlük müharibə və ardınca bir günlük antiterror tədbirləri nəticəsində Qarabağda separatizm yuvasının tam dağıdıldı. Biz dünyaya dövlət və millət olaraq gücümüzü göstərmiş olduq. Bu gün bayrağımız ölkəmizin bütün ərazisində qürurla dalğalanır.
Ölkə başçısının sərəncamı ilə növbədənkənar seçkilərin 2024-cü il sentyabrın 1-nə təyin edilməsi aparılan hərtərəfli islahatların davamıdır.
Eyvaz Qurbanov çıxışında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb. O, deputat seçiləcəyi təqdirdə seçicilərin və Yeni Azərbaycan Partiyasının ona göstərdiyi inam və etimadı layiqincə doğrultmağa çalışacağına söz verib.
Tədbirlərdə, həmçinin YAP Oğuz rayon təşkilatının təşviqat qrupunun üzvləri Təranə Zəkəriyyəyeva, Fərman İbrahimov, Günel Abdullayeva çıxış edərək bidiriblər ki, ölkəmizdə həyata keçirilən dövlət siyasətinin mərkəzində vətəndaşların rifahı və mənafeyi dayanır. YAP-ın seçki platformasının əsas istiqamətini məhz dövlətimizin, cəmiyyətimizin inkişafı, onun qüdrətinin daha da artması təşkil edir. Natiqlər inkişafın davamı naminə seçiciləri parlament seçkilərində YAP-ın namizədinə səs verməyə çağırıblar.
Öz növbəsində çıxış edən seçicilər Zərniyar Nəsibova, Aynurə Səfərova və digərləri 01 sentyabrda Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə YAP namizədinə dəstəkləyəcəklərini bildirdilər.
Həmin gün təşviqat qrupunun üzvləri Oğuz şəhəri Bəxtiyar Vahabzadə küçəsinin sakinləri ilə məhəlli görüş keçiriblər.
Geri dön