Ana Sayfa > Dünya > Suriya ilə münasibətlər bu şərtlərlə düzələ bilər -

Suriya ilə münasibətlər bu şərtlərlə düzələ bilər -


28-08-2024, 13:22. Yazar: sevinc1
Suriya ilə münasibətlər bu şərtlərlə düzələ bilər -

Türkiyə Suriya ilə münasibətlərin 2011-ci ildən əvvəlki dövrə qayıtması üçün şərtlərini açıqlayıb.

aia.az “Haber Global”a istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindəki mənbə bildirib.

Qeyd olunub ki, Suriyanın ərazi bütövlüyünün təmin olunması üçün terror ünsürləri oradan tamamilə təmizlənməlidir. Həmçinin, Suriyanın öz xalqının tələb və gözləntiləri əsasında BMT Təhlükəsizlik Şurasının müvafiq qərarı əsasında milli barışıq təmin edilməlidir. Suriyadan çıxmış şəxslərin təhlükəsiz və ləyaqətli qayıdışına şərait yaradılmalıdır. Humanitar yardım davamlı təmin edilməlidir.

Bildirilib ki, bu şərtlər yerinə yetirilsə, qonşu ölkələrin təhlükəsizliyinə və regional sabitliyə töhfə veriləcək.

Qeyd edək ki, Suriyadakı Bəşər Əsəd rejimi daha əvvəl Türkiyə ilə dialoqdan imtina etdiyini bildirib.

Xatırladaq ki, 2011-ci ildə Suriyada vətəndaş müharibəsinin başlanması Türkiyə ilə münasibətlərə təsir edən əsas məqamlardan idi. Belə ki, məhz bu hadisədən sonra tərəflər arasında diplomatik münasibətlər minimum həddə çatdı. Vətəndaş müharibəsi başlayandan sonra Türkiyə Suriyadakı səfirini geri çağırdı, ölkədəki diplomatik fəaliyyətlərini təxirə saldı. 2012-ci ildə Türkiyə hökuməti suriyalı diplomatları ölkədən qovdu.

aia.az
Geri dön