Ana Sayfa > Ölkə > Xərçəngdən əziyyət çəkən Əməkdar artist danışdı:
Xərçəngdən əziyyət çəkən Əməkdar artist danışdı:28-08-2024, 11:39. Yazar: sevinc1 |
![]() "İndi vəziyyətim yaxşıdır. Səhhətim yavaş-yavaş qaydasına düşür". aia.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, Əməkdar artist Yadigar Muradov deyib. Direktor müayinə və müalicələrinin davam etdiyini vurğulayıb: "İki dəfə analiz verdim, şükürlər olsun ki, yaxşı çıxıb. Məni bir az incidən səsimdir. O da getdi... Neynəyim, qismət belə imiş. Əsas odur ki, canım sağ olsun". Yadigar Muradov yeni teatr mövsümünə hazırlaşdığını diqqətə çatdırıb: "Qarşıdan yeni teatr mövsümü gəlir. Bir neçə gündən sonra işə çıxacağıq. Qarşıda çoxlu planlarımız var". Qeyd edək ki, Əməkdar artist Yadigar Muradov xərçəng xəstəliyindən əziyyət çəkir. aia.az Geri dön |