Ana Sayfa > Aia TV / Parlament > Könül Nurullayeva Nizami rayon sakinləri ilə görüşüb
Könül Nurullayeva Nizami rayon sakinləri ilə görüşüb28-08-2024, 09:52. Yazar: sevinc1 |
Könül Nurullayeva növbədənkənar Parlament seçkiləri ilə bağlı apardığı təbliğat-təşviqat kampaniyası çərçivəsində Nizami rayon sakinləri ilə O.Vəliyev küçəsi 1 ünvanında yerləşən Mədəniyyət evində görüş keçirib. aia.az xəbər verir ki, tədbirdə qeyd olunub ki, Azərbaycan tarixində ilk dəfə ərazi bütövlüyü və suverenliyi tam təmin olunmuş şəkildə Parlament seçkiləri keçiriləcək. Bu məna 7-ci çağırış Parlament seçkilərinin xüsusi ictimai-siyasi əhəmiyyəti var. Könül Nurullayeva daha sonra Nizami rayonundan olan Vətən müharibəsi şəhidi Əhədzadə Elsevər Ağacan oğlunun ailəsini ziyarət edib. Görüş zamanı millət vəkili şəhidin ailə üzvləri ilə səmimi fikir mübadiləsi aparıb, onların problemləri ilə maraqlanıb. Könül Nurullayeva bildirib ki, şəhid ailələri dövlətimiz tərəfindən xüsusi qayğı ilə əhatə olunub. Şəhidlərimizin xatirəsi heç zaman unudulmayacaq və onların qəhrəmanlığı xalqımızın yaddaşında əbədi qalacaq. Könül Nurullayeva, həmçinin təbliğat-təşviqat kampaniyası çərçivəsində Nizami rayonu Qara Qarayev prospekti 79, mənzil 81 və Əliağa Kürçaylı küçəsi 4, mənzil 77 ünvanlarında yaşayan seçiciləri Gülnarə Əliyeva və Baxşəliyev Vaqifin evinə də baş çəkib, onların qaldırdıqları məsələləri müzakirə edib. Milli Məclisin deputatı Könül Nurullayeva Q.Qarayev 54, 56, 58 saylı küçələrində yaşayan vətəndaşlara da baş çəkib. Görüş zamanı millət vəkili sakinlərlə fikir mübadiləsi apararaq, onların problemləri ilə tanış olub və səsləndirilən məsələlərin həlli istiqamətində dəstək göstəriləcəyini vurğulayıb. "Dövlətimiz tərəfindən vətəndaşların rifahı naminə göstərilən diqqət prioritet olaraq qalır”,-deyə o, əlavə edib. Geri dön |