Ana Sayfa > Ölkə > Oğurladıqları heyvanları satan şəxslər saxlanıldı

Oğurladıqları heyvanları satan şəxslər saxlanıldı


28-08-2024, 09:21. Yazar: sevinc1
Oğurladıqları heyvanları satan şəxslər saxlanıldı

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində rayon ərazisində yerləşən restoranların birindən oğurluq etməkdə şübhəli bilinən Elvin Baxşıyev və tanışı Pərviz Edilov saxlanılıblar.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan aia.az-a verilən məlumata görə, araşdırmalar zamanı onların restoranın həyətində olan tikilidən 13 baş xırdabuynuzlu heyvanları oğurladıqları məlum olub.

Onlar xırdabuynuzlu heyvanları Bərdə rayonunda satıblar. Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar aparılır.

aia.az
Geri dön