Ana Sayfa > Manşet / Aia TV / Parlament > Uğurlu gələcəyə birgə addımlarla!

Uğurlu gələcəyə birgə addımlarla!


28-08-2024, 08:34. Yazar: sevinc1
Uğurlu gələcəyə birgə addımlarla!

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş İmamverdi İsmayılovun Zəngilan və Qubadlıdan olan şəhid ailələri və qazilərlə görüşü keçirilib.

aia.az yap.org-a istinadən xəbər verir ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.

Görüşdə YAP Qubadlı rayon təşkilatının sədri Təhmasib Rüstəmov və Zəngilan rayon təşkilatının sədri Natiq Quluzadə çıxış edərək bildiriblər ki, Vətən müharibəsi Azərbaycanın tarixi Zəfəri, böyük Qələbəsi ilə yekunlaşıb, düşmən döyüş meydanında ordumuzun qarşısında diz çöküb, Müzəffər Ali Baş Komandan İlham Әliyevin uzaqgörən və müdrik siyasəti nəticəsində kapitulyasiya aktını imzalamağa məcbur olub. Qeyd olunub ki, tarixi Zəfərin əsas siması olan və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin ailələrinə, qazilərə dövlətimiz tərəfindən diqqət və qayğı göstərilir.

Deputatlığa namizəd İmamverdi İsmayılov diqqətə çatdırıb ki, şəhidlərimizin ailələrinə, qazilərə və müharibə iştirakçılarına xüsusi diqqət və qayğı dövlətin sosial siyasətinin əsas istiqamətlərindən biridir. Dövlət başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq Zəngilan və Qubadlıdan olan şəhid və qazi ailələrinə, müharibə iştirakçılarına xüsusi diqqət və qayğı ilə yanaşılır, onların mövcud problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər görülür.
Geri dön