Ana Sayfa > Aia TV / Media > Deputatlığa namizəd Novruzəli Aslanovun seçicilərlə görüşləri böyük ruh yüksəkliyi ilə davam edir

Deputatlığa namizəd Novruzəli Aslanovun seçicilərlə görüşləri böyük ruh yüksəkliyi ilə davam edir


28-08-2024, 08:27. Yazar: sevinc1
Deputatlığa namizəd Novruzəli Aslanovun seçicilərlə görüşləri böyük ruh yüksəkliyi ilə davam edir

VII çağırış Milli Məclisə seçkilərdə deputatlığa namizədliyi 89 saylı İsmayıllı seçki dairəsindən qeydə alınmış Novruzəli Aslanov (Novruz Aslan) seçicilərlə görüşlərini davam etdirir.

aia.az xəbər verir ki, avqustun 27-də günün birinci yarısında ATƏT-in nümayəndələri İsmayıllıya gələrək deputatlığa namizəd Novruzəli Aslanovun seçki-təbliğat kampaniyasının gedişi ilə maraqlanıblar. Novruz Aslan nümayəndə heyəti ilə görüşərək onları seçki kampaniyasının gedişi barədə məlumatlandırıb, qonaqları maraqlandıran suallra cavab verib.

Günün ikinci yarısında seçki-təbliğat kampaniyasının planına uyğun olaraq seçicilərlə növbəti görüş keçirilib. İlk görüş rayonun Uştalqışlaq kəndində baş tutub. Böyük ruh yüksəkliyi şəraitində keçən görüşün gedişində deputatlığa namizəd sakinlərə Milli Məclisdəki fəaliyyəti barədə açıqlamalar verib. Daha sonra görüşdə iştirak edən Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu çıxış edərək Novruz Aslanın parlamentdə təmsil etdiyi rayon üçün gördüyü işlərdən, insanların rifahı naminə göstərdiyi səmərəli fəaliyyətindən danışıb. Səmimi şəraitdə davam edən görüşdə kənd sakinlərini qayğılandıran məsələlər müzakirə olunub.

Daha sonra Novruz Aslan Balik, Enişdibi, Hapıtlı, Talış, Qarakolluq, Aşıqbayramlı və Kürdmaşı kəndlərinin sakinləri ilə görüşüb. Bu görüş İsmayıllıda yerləşən Sahil-Göl kafesində çay süfrəsi arxasında, son dərəcə səmimi şəraitdə baş tutub. Görüşün gedişində deputatlığa namizəd sakinlərə öz platformasını təqdim edib.

Qeyd edək avqustun 27-də keçirilmiş görüşlərdə 300 nəfərə yaxın sakin iştirak edib. Beləliklə, deputatlığa namizəd Novruzəli Aslanov özünün seçki-təşviqat komandasının üzvləri ilə birgə İsmayıllı rayonunda on altı gün ərzində keçirdiyi 53 görüşdə ümumilikdə 5550 nəfər seçici ilə görüşüb.

Keçirilən görüşlərdə iştirak edən kənd sakinləri və rayon ictimaiyyətinin nümayəndələri Ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Geri dön