Ana Sayfa > Manşet / Aia TV / Seçki 2024 > Eldar Quliyevin seçicilərlə böyük ruh yüksəkliyi şəraitində keçən növbəti görüşü

Eldar Quliyevin seçicilərlə böyük ruh yüksəkliyi şəraitində keçən növbəti görüşü


27-08-2024, 21:09. Yazar: sevinc1
Eldar Quliyevin seçicilərlə böyük ruh yüksəkliyi şəraitində keçən növbəti görüşü

VII çağırış Milli Məclisə keçiriləcək seçkilərdə deputatlığa namizəd professor Eldar Quliyev 28 saylı Sabunçu üçüncü seçki dairəsindən Bilgəhdən olan sakinlərlə növbəti dəfə görüşüb.

aia.az xəbər verir ki, Professor Eldar Quliyev VII çağırış da namizədliyini irəli sürüb. İndiyə kimi seçiciləri ilə bir sıra görüşlər keçirib və hər görüşdə də alqışlarla qarşılanıb. O seçiciləri ilə çox səmimi olub, məqsəd və məramını açıqlayıb, platforması barədə ətraflı məlumat verib.
Namizəd Eldar Quliyev növbəti dəfə Bilgəh seçiciləri ilə görüşündə bildirib ki, Azərbaycanın hər yerində sisial-iqtisadi inkişaf uğurla davam edir və bu iş Bakı ətrafı kəndlərdə də özünü ürək açan formada göstərir. Bunlarla yanaşı işğaldan azad edilən ərazilərimizdə də böyük layihələr həyata keçirilir. Əslində Qabağ və ətraf rayonlar tamamilə yenidən tikilir. Qürurla deyə bilərəm ki, bu gün Azərbaycan ən qüdrətli dövrünü yaşayır.
Eldar Quliyev xüsusi vurğulayıb ki, “Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu müasir Azərbaycan artıq regional və qlobal miqyasda söz sahibinə çevrilib. Ümummilli Lider Heydər Əliyev strategiyasının çox layiqli davamçısı, Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin dünyada nüfuzu gündən-günə artır. Bakı artıq mötəbər tədbirlərin məkanı kimi xarakterizə edilir. Bu ilin noyabrında Bakıda keçiriləcək COP29 beynəlxalq tədbir Azərbaycana, cənab Prezident İlham Əliyevə göstərilən növbəti etimadın və yüksək hörmətin bariz nümunəsidir”.
Deputatlığa namizəd, Azərbaycan Ağsaqqallar Şurasının sədri, professor Eldar Quliyev 2020-ci ilin 44 günlük Vətən müharibəsi və 2023-cü ilin 19-20 sentyabr tarixlərində həyata keçirilən birgünlük antiterror tədbirlərinin nəticəsi olaraq ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam təmin edildiyini, bütün sərhədlərimizdə şanlı üçrəngli bayrağımızın dalğalandığını söyləyib.
“Artıq Böyük Qayıdış konsepsiyasına uyğun olaraq Qarabağ və Şərqi Zəngəzurda nəhəng layihələr icra edilir, 30 ilə yaxın Ermənistanın işğalı, ərazilərdə erməni vandalları tərəfindən həyata keçirilən barbarlığın izləri silinir, bu torpaqların əsl sahiblərinin geri dönərək əbədi, xoşbəxt, təhlükəsiz şəraitdə yaşayışını təmin edəcək işlər icra edilir. Azad edilmiş torpaqlarımızda bu gün ağıllı şəhər, ağıllı kənd konsepsiyasına uyğun olaraq “yaşıl enerji” layihələri uğurla həyata keçirilir.

Azərbaycan Ağsaqqallar Şurasının sədri, professor Eldar Quliyev bir sıra təklif və problemləri dinləyib, onların həlli istiqamətində bundan sonra da ardıcıl olaraq addımlar atılacağını vurğulayıb.
Çıxış edən seçicilər isə bildirib ki, bu gün Milli Məclidə iqtisadçıların təmsil olunması olduqca vacidir. Eldar müəllim iqtisadçı alim kimi həmişə iqtisadi qürətimizin daha da güclü olmasına çalışıb. Onu da bildiriblər ki, Eldar Quliyev müəllifi olduğu "Qlobal ərzaq təhlükəsizliyi: reallıqlar, çağırışlar və perspektivlər" adlı kitabında da çox ciddi məsələlərə aydınlıq gətirib. Üstəlik o seçicilərin qaldırdığı məsələlərə də həssaslıqla yanaşıb, hətta şəxsi problemlərinin belə həllinə yardımçı olub.
Seçicilər bir daha əmin ediblər ki, 1 sentyabr 2024-cü il tarixində keçiriləcək parlament seçkilərində növbəti dəfə Azərbaycan Ağsaqqallar Şurasının sədri, professor Eldar Quliyevə səs verəcəklər.
Eldar Quliyev sonda bir daha bildirib ki, əvvəlki çağırışlarda olduğu kimi bu çağırışda da seçildiyi təqdirdə sakinlərinin sosial-rifah halının daha da yaxşılaşdırılması və qarşılaşdıqları problemlərin həlli üçün əlindən gələni edəcək, onların sözünü Milli Məclisin tribunasından səsləndirəcək.
Geri dön