Ana Sayfa > Parlament > Xalq əmin-amanlığa səs verəcək!

Xalq əmin-amanlığa səs verəcək!


27-08-2024, 19:30. Yazar: sevinc1
Xalq əmin-amanlığa səs verəcək!

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 55 saylı Siyəzən-Quba-Xızı seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Müşfiq Məmmədlinin Siyəzən rayonunda gənc seçicilərilə görüşü keçirilib.

aia.az yap.org-a istinadən xəbər verir ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Görüşü giriş sözü ilə açan YAP Siyəzən rayon təşkilatının sədri Samir Baxşiyev çıxış edərək dünənin, bu günün və gələcəyin partiyası olan Yeni Azərbaycan Partiyasının müstəqil Azərbaycanın qüdrətli dövlətə çevrilməsində müstəsna rol oynadığını bildirib. O, YAP-ın budəfəki parlament seçkilərində də möhtəşəm qələbə qazanacağına inamını ifadə edib.

Daha sonra çıxış edən deputatlığa namizəd Müşfiq Məmmədli YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. O qeyd edib ki, ölkə rəhbəri İlham Əliyev tərəfindən daim gənclərə diqqət və qayğı ilə yanaşılıb, onların fəaliyyəti üçün hərtərəfli şərait və geniş imkanlar yaradılıb: “Eyni zamanda gənclər ölkəmizin ictimai-siyasi həyatında mühüm rol oynayırlar”.

Müşfiq Məmmədli gənclərin 1 sentyabr seçkilərində də aktiv olacağına əminliyini vurğulayıb.

Sonda çıxış edənlər uğurlarımızın davamı naminə seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıblar.
Geri dön