Ana Sayfa > Parlament > YAP inkişaf və tərəqqi partiyasıdır

YAP inkişaf və tərəqqi partiyasıdır


27-08-2024, 17:27. Yazar: sevinc1
YAP inkişaf və tərəqqi partiyasıdır

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası tərəfindən 117 saylı Oğuz-Qəbələ-Şəki seçki dairəsi üzrə deputatlığa namizədliyi irəli sürülmüş Qurbanov Eyvaz Daşdəmir oğlunun Oğuz rayonunun Bucaq,Yaqublu, Yenikənd, Top, Zərrab kəndlərindən olan seçicilərlə görüşü keçirilib.
Görüşlərdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
Görüşü giriş sözü ilə açan YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov Yeni Azərbaycan Partiyasının parlament seçkilərinə “Yeni dövrə yeni Azərbaycanla!” şüarı ilə qatıldığını diqqətə çatdırıb. Bildirildi ki, Yeni Azərbaycan Partiyası xalqın partiyasıdır. Bu gün YAP ölkəmizdə həyata keçirilən hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu, demokratik inkişaf prosesində yaxından iştirak edir, müstəqil Azərbaycan dövlətinin yüksəlişinə, tərəqqisinə öz töhfəsini əsirgəmir.
O, deputatlığa namizəd Eyvaz Qurbanovun həyat yolu haqqında seçicilərə məlumat verdi. Seçiciləri sentyabrın 1-də keçiriləcək parlament seçkilərində inkişafa, tərəqqiyə səs verməyə çağırıdı.
Çıxış edən deputatlığa namizəd Eyvaz Qurbanov əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. Qeyd etdi ki, çoxəsrlik dövlətçilik tarixinin ən şanlı və şərəfli dövrünü yaşayan qalib Azərbaycan bənzərsiz nailiyyətlərə imza atır, yeni reallıqlar formalaşdıraraq öz qüdrətini artırır. Yeni dövrün reallıqlarına uyğun hədəflər uğurla reallaşdırılır. Partiyanın bütün sınaqlardan şərəflə çıxıb, ilk gündən xalqın partiyası kimi nüfuz qazanıb. Vurğulayıb ki, YAP yarandığı gündən daim Azərbaycanın daha güclü, qüdrətli olmasına, xalqımızın rifah şəraitinin yüksək olmasına çalışır.
Eyvaz Qurbanov çıxışında seçiciləri 01 sentyabr parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb. O, deputat seçiləcəyi təqdirdə üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəyini bildirib.
Tədbirlərdə, həmçinin YAP Oğuz rayon təşkilatının təşviqat qrupunun üzvləri Günel Abdullayeva, Emin Cəfərov, Aygün Atakişiyeva qeyd ediblər ki, YAP-ın ideologiyasının və fəaliyyətinin əsas istiqamətini məhz dövlətimizin, cəmiyyətimizin inkişafı, onun qüdrətinin daha da artması, beynəlxalq münasibətlər sistemində ölkəmizin layiqli təbliğatı təşkil edir. Onlar uğurlarımızın davamı naminə seçiciləri parlament seçkilərində YAP-ın namizədinə səs verməyə çağırıblar.
Öz növbəsində çıxış edən seçicilər Oğuz rayonu Bucaq kənd seçiciləri Rasim Əhmədov, Svetlana Rüstəmova, Araz Rəşidov, Faiq Həmidov, Oğuz rayonu Zərrəb kəndindən seçici Səfər Məmmədov, Oğuz rayonu Yaqublu kəndindən seçici Manafov İlham və digərləri 01 sentyabrda Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə fəal iştirak edəcəklərinə və YAP namizədinə səs verəcəklərini əminliklə ifadə ediblər.
Geri dön