Ana Sayfa > Aia TV / Parlament > Uğurlu siyasətin davamı

Uğurlu siyasətin davamı


27-08-2024, 14:38. Yazar: sevinc1
Uğurlu siyasətin davamı

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 97 saylı Tərtər-Ağdərə-Goranboy seçki dairəsindən deputatlığa namizəd Anar Məmmədovun Tərtər rayonunda bir qrup Vətən müharibəsi şəhidinin ailə üzvlərini və qazilərini ziyarət edib.

Anar Məmmədov görüşlər zamanı YAP-ın seçki platforması haqqında məlumat verib. O, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələlərinə və qazilərə göstərdikləri yüksək diqqət və qayğını xüsusi olaraq qeyd edib.

Seçicilər Prezident İlham Əliyevin daxili və xarici siyasətini dəstəklədiklərini, Milli Məclis seçkilərində YAP-ın namizədi olan Anar Məmmədova səs verəcəklərini bildiriblər.

Çıxış edənlər şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Geri dön