Ana Sayfa > Manşet / Siyasət > AHİK sədri Sahib Məmmədov Konfederasiyaya üzv təşkilatlarının sədrləri ilə görüş keçirib

AHİK sədri Sahib Məmmədov Konfederasiyaya üzv təşkilatlarının sədrləri ilə görüş keçirib


27-08-2024, 11:12. Yazar: sevinc1
AHİK sədri Sahib Məmmədov Konfederasiyaya üzv təşkilatlarının sədrləri ilə görüş keçirib

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Sahib Məmmədov AHİK-ə üzv və tabe təşkilatların sədrləri ilə görüş keçirib.
Görüşdə üzv və tabe təşkilatların sədrləri görülən işlərdən, işçilərin əmək hüquqlarının qorunması ilə bağlı atılan addımlardan və qarşıda duran vəzifələrdən danışıblar.
AHİK sədri Sahib Məmmədov sahə həmkarlar ittifaqlarının rəhbərlərinə bir sıra tapşırıqlarını verib.
Bildirib ki, əməyin mühafizəsi, sağlam və təhlükəsiz iş şəraitinin yaradılması, bədbəxt hadisələrin, istehsalat zədələrinin, peşə xəstəliklərinin minimuma endirilməsi, əməyin mühafizəsi üzrə qayda və normalara əməl olunması, bütövlükdə qanunvericiliklə təsbit olunmuş hüquqların təmin olunması məqsədilə mütəmadi maarifləndirmə tədbirləri həyata keçirilməlidir. Həmçinin həmkarlar ittifaqlarına ünvanlanan bütün müraciətlər dərindən araşdırılmalı, qaldırılan bütün problemlər qanunvericiliyə uyğun olaraq, vaxtında həll edilməlidir.
AHİK sədri eləcə də işçilərin istirahəti, müalicəsinin təşkili, sağlamlığının qorunması və möhkəmləndirilməsi, bu məqsədlə verilən məzuniyyət hüququnun təmin edilməsi, məzuniyyət dövründə istirahətin səmərəli və mənalı təşkili üçün şəraitin yaradılması, bütövlükdə göstərilən xidmətlərin keyfiyyətinin daha da yaxşılaşdırılması ilə bağlı göstərişlərini verib.
Eyni zamanda Sahib Məmmədov Azərbaycan həmkarlar ittifaqlarının fəaliyyətinin daha da təkmilləşdirilməsinin, cəmiyyətdə nüfuzunun yüksəldilməsinin, qabaqcıl təcrübənin tətbiqinin, habelə xarici ölkələrin həmkarlar ittifaqları ilə münasibətlərin genişləndirilməsinin qarşıdakı hədəflər arasında olduğunu diqqətə çatdırıb.
Onun sözlərinə görə, Konfederasiya fəaliyyətində şəffaflıq, bərabərlik və heç kimin kənarda qalmaması prinsiplərini əsas tutacaq, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyasının icrasında aktiv rol oynayacaq, eləcə də mövcud rəqəmsal həllər tətbiq edilməklə qurumun fəaliyyətinin daha da səmərəli təşkil edilməsi, göstərilən xidmətlərin keyfiyyətinin artırılması istiqamətində konseptual və sistemli yanşama tətbiq olunacaq.

aia.az
Geri dön