Ana Sayfa > Manşet / Gündəm > DİN sürücülərə çağırış edib:

DİN sürücülərə çağırış edib:


27-08-2024, 10:04. Yazar: sevinc1
DİN sürücülərə çağırış edib:

Təəssüf ki, bəzən yollarda baş verən qəzalar, təkcə sürücü diqqətsizliyi ilə yox, eyni zamanda piyadaların da ehtiyatsız davranışı ilə əlaqədar olur. Ancaq burada əsas məsuliyyət sürücülərin üzərinə düşür. Məktəblər, xəstəxanalar, alış-veriş mərkəzləri kimi yerlərdə, xüsusilə də piyadaların çox olduğu ərazilərdə, sürəti azaltmaq, ehtiyatla hərəkət etmək hər bir sürücünün borcudur.

aia.az xəbər verir ki, Daxili İşlər Nazirliyi sürücülərin bu kimi yerlərdə hərəkət zamanı müəyyən qaydalara riayət etməsi ilə bağlı çağırış edib.

"Həyat bir səyahətdir, uzatmaq öz əlinizdə! Onlar diqqətsiz olsa belə, siz diqqətli olun. Məktəb, xəstəxana, alış-veriş mərkəzləri kimi piyadaların çox olduğu yerlərdə sürəti azaldın!",- çağırışda deyilir.

aia.az
Geri dön