Ana Sayfa > Qərbi Azərbaycan / Karusel > Mədə ağrısı, qıcqırma və köpdən necə azad olmalı?
Mədə ağrısı, qıcqırma və köpdən necə azad olmalı?2-12-2016, 11:59. Yazar: kamran |
Hər kəs bir-birindən dadlı, ləzzətli yeməkləri sevir. Amma təəssüf ki, mədə-bağırsaq sistemimizdə zaman-zaman meydana çıxan bəzi xəstəliklər orqanizmimizdə fəsadlara yol açır. Xora xəstəliyi: mədənin və onikibarmaq bağırsağın xora xəstəliyi – bütün orqanizmin xronik xəstəliyidir. Mədənin və ya onikibarmaq bağırsağın selikli qişasında xora qüsurunun əmələ gəlməsi ilə xarakterizə olunur. Xəstəlik tsiklik gedişli olub, müxtəlif müddətli kəskinləşmə (residivlə) və remissiyalarla keçir. Xora xəstəliyi irsi xüsusiyyətlərdən, qidalanma rejiminin pozulmasından, kəskin qidalar yedikdə, spirtli içkilər içdikdə, papiros çəkdikdə və sinir-psixi gərginlikdən baş verə bilər. Hər gün bunlara diqqət etmək lazımdır. Bunlar mədəmizin düşmənləridir: Tünd çay və çox qəhvə içmək: Əgər çay içməyi çox sevirsinizsə, gündə 2-3 stəkan açıq çay için. Çay və qəhvəni bitki çayları ilə əvəzləyə bilərsiniz. Uzun müddət ac qalmaq: Az-az, amma tez-tez yemək prinsipinə əməl edin. Bu cür qidalanmaq mədə üçün daha xeyirlidir. Siqaret çəkmək: Xüsusilə ac qarına çəkilən siqaret mədə qanaması və xorasını sürətləndirir. Tez-tez yemək: Tələsik qidalanmaq turşu ifraz olunmasını və mədə hərəkətlərini artırır. Acılı yeməklər: Qırmızı bibər, qara bibər və istiot kimi acı ədviyyatlar mədəyə ziyan vurur. Çox duzlu qidalarla qidalanmaq: Gündə 6 qramdan çox duz istifadə etməyin. Müalicəsi: Əsasən, pəhriz saxlamaq, mədə şirəsini artıran qidaları (ədviyyatlı və ekstraktiv qidalar, konservlər və s.) qida rasionundan çıxarmaq. Süd və süd məhsulları yemək, mədə turşuluğunu neytrallaşdıran (vikalin, almagel), mədə sekresiyasını azaldan (atropin, belloid), spazmı aradan qaldıran (noşpa, papaverin), sinir sistemini sakitləşdirən (brom preparatları), xoranın sağalmasını sürətləndirən preparatlardan istifadə etmək. Mədədə ağrılar heç nədən yaranmır. Əksər hallarda buna səbəb qastrit olur. Qastrit kəskin və xroniki olur. Kəskin şəkildə qastrit zəhərlənmə, çoxlu qidadan yaranır. Kəskin qastritə əsasən sinir sistemi zəif olan və mədə turşuluğu yüksək olan insanlar məruz qalır. Xroniki qastritə gəldikdə isə buna alkoqol, siqaret və düzgün olmayan qida qəbulu daxildir. Hər bir halda bu xəstəliyi olan insanlar mütəmadi olaraq mədə nahiyəsində ağrılar hiss edirlər. Bu ağrılardan azad olmaq istəyirsiniz isə mütləq qastroenteroloqa müraciət edin ki, o sizə düzgün müalicə və pəhriz təyin edəcəkdir. Lakin insanlar özünü də xalq təbabətindən istifadə edərək müalicə edə bilər. Aile.lent.az saqlamheyat.az-a istinadən bundan söz açacaq. Kartof şirəsi Çiy kartofun şirəsi mədə ağrılarına qarşı ən effektiv vasitələrdəndir. Bu şirə nəinki qıcqırma, hətta xroniki qastrit zamanı da xeyirlidir. Stəkanın 1/4 hissəsi qədər yeməkdən əvvəl gündə 4-5 dəfə qəbul etmək lazımdır. Üç həftədən sonra ağrılar keçdikdə kartof şirəsinin qəbulunu gündə 2 dəfəyə qədər azaltmaq lazımdır. Bitki qarışığı Müxtəlif bitki qarışıqları da mədə ağrılarını sakitləşdirə bilər. Problemi həll etmək üçün sıradakı eyni ölçüdə bitkilərə ehtiyac var: çobanyastığı, nanəcövhər, qatırquyruğu, şüyüd toxumu və cirə. Bunları qarışdırdıqdan sonra iki çay qaşığı bitkinin üzərinə qaynar su əlavə edin və 20 dəqiqə dəm almağa qoyun. Dəmlənmiş ot çayını səhər və axşam 100 ml içmək lazımdır. Bütün narahatçılıqlarınız üç həftəyə yoxa çıxacaq. Qastritə qarşı sıyıq İlk öncə çobanyastığından cövhər hazırlanmalıdır. Bir qaşıq çobanyastığı gülünü bir stəkan qaynar suda bir saat dəmləyin. Alınan cövhərin içinə 4 x/q “Qerkules” əlavə edin və yulafın şişməsini gözləyin. Lakin bu sıyığı ən azı iki ay səhər yeməyi zamanı yemək lazımdır. Ağrılar isə artıq 3 gündən sonra keçəcək. Geri dön |