Ana Sayfa > Manşet / Aia TV / Seçki 2024 > Deputatlığa namizəd Novruzəli Aslanov İsmayıllıda təhsil işçiləri ilə görüşüb

Deputatlığa namizəd Novruzəli Aslanov İsmayıllıda təhsil işçiləri ilə görüşüb


27-08-2024, 08:36. Yazar: sevinc1
Deputatlığa namizəd Novruzəli Aslanov İsmayıllıda təhsil işçiləri ilə görüşüb

VII çağırış Milli Məclisə seçkilərdə deputatlığa namizədliyi 89 saylı İsmayıllı seçki dairəsindən qeydə alınmış Novruzəli Aslanov (Novruz Aslan) seçicilərlə görüşlərini davam etdirir.

aia.az xəbər verir ki, Novruz Aslan avqustun 26-da seçki-təbliğat kampaniyasının planına uyğun olaraq İsmayıllı şəhərində yerləşən Mədəniyyət mərkəzində rayonun təhsil işçiləri ilə görüş keçirib. Böyük ruh yüksəkliyi şəraitində keçən görüşün gedişində Ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətindən bəhs edən video-çarx nümayiş etdirilib.

Deputatlığa namizəd görüş iştirakçılarına Milli Məclisdəki fəaliyyəti barədə açıqlamalar verib və öz platformasını təqdim edib. Daha sonra görüşdə iştirak edən Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu və bədii qiraətçi Pünhan İsmayıllı çıxış edərək Novruz Aslanın parlamentdə təmsil etdiyi rayon üçün gördüyü işlərdən, insanların rifahı naminə göstərdiyi səmərəli fəaliyyətindən danışıblar. Səmimi şəraitdə davam edən görüşdə müəllimləri qayğılandıran məsələlər müzakirə olunub. Görüş iştirakçılarından bir neçə nəfər söz alaraq bu məsələlər barədə fikir səsləndiriblər.

Qeyd edək avqustun 26-da keçirilmiş görüşdə 300 nəfərə yaxın təhsil işçisi iştirak edib. Beləliklə, deputatlığa namizəd Novruzəli Aslanov özünün seçki-təşviqat komandasının üzvləri ilə birgə İsmayıllı rayonunda on beş gün ərzində keçirdiyi 51 görüşdə ümumilikdə 5250 nəfər seçici ilə görüşüb.

Keçirilən görüşlərdə iştirak təhsil işçiləri və rayon ictimaiyyətinin nümayəndələri Ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya Azərbaycanda təhsil sahəsinə göstərilən xüsusi diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Geri dön