Ana Sayfa > Özəl > DAHA BİR HƏMYERLİMİZ HƏYATINI İTİRDİ.
DAHA BİR HƏMYERLİMİZ HƏYATINI İTİRDİ.26-08-2024, 14:30. Yazar: sevinc1 |
İKİ İL YARIMDAN ÇOX DAVAM EDƏN RUSİYA-UKRAYNA MÜHARİBƏSİ CAN ALMAQDA DAVAM EDİR. TƏƏSSÜF Kİ, ÖLƏNLƏR ARASINDA HƏMYERLİLƏRİMİZİN DƏ ADINA RAST GƏLİRİK. ADAMI SARSIDAN ODUR Kİ, BU MÜHARİBƏ SANKİ "AİLƏ MÜHARİBƏSİ" ADINI ÖZÜNDƏ EHTİVA EDİR. RUSİYA TƏ RƏFDƏN VURUŞAN BİRİ İLƏ QARŞI TƏRƏFDƏN VURUŞANIN BƏZƏN QOHUM OLDUQLARI ÜZƏ ÇIXIR... BU GÜNLƏRDƏ ƏSLƏN MASALLI RAYONUNUN SEYBƏTİN KƏNDİNDƏ DOĞULAN ƏHƏDOV ETİBAR NƏSRULLA OĞLU BU MÜHARİBƏNİN QURBANI OLUB. 1972-Cİ İL TƏVƏLLÜDLÜ ETİBAR ƏHƏDOV RUSİYADA ÖZÜNƏ İŞ QURMUŞ, DOLANIŞIĞINI VƏ YAŞAYIŞINI BU ÖLKƏDƏ TAPMIŞDIR. TƏƏSSÜF Kİ, HƏMYERLİMİZİN ÖMRÜ BU İKİ QARDAŞ ÖLKƏ ARASINDA GEDƏN SAVAŞDA QIRILMIŞDIR... HƏMYERLİMİZİN ÖLÜMÜMDƏN KƏDƏRLƏNİR, AİLƏSİNƏ, YAXINLARINA ALLAH SƏBR VERSİN DEYİRİK... XATIRLAYQ Kİ, MƏRHUMUN ÖZÜNDƏN SONRA ƏHƏD ADLI YEGANƏ ÖVLADI QALIB... NÜSRƏT DAĞLAROĞLU Geri dön |