Ana Sayfa > Parlament > Şəmkirdə seçicilərlə görüşlər davam edir

Şəmkirdə seçicilərlə görüşlər davam edir


26-08-2024, 18:09. Yazar: sevinc1
Şəmkirdə seçicilərlə görüşlər davam edir

2024 cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası tərəfindən 103 saylı Şəmkir kənd seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Nurlan Həsənov Şəmkir rayonunun Şeyidlər, Hacalılar və Qasımalılar kəndlərində seçicilərlə görüşlər keçirib.
YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev çıxış edərək qeyd edib ki, Azərbaycan uğurlu siyasəti ilə  hər bir hədəfə  zamanında nail olur: “Tarixi Zəfərimizin - ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam bərpasının yaratdığı reallıqlar həm Azərbaycan, həm də bütövlükdə region üçün mühüm əhəmiyyət daşıyır. Yeni Azərbaycan Partiyasının seçki platformasında qazandığımız uğurlarla yanaşı, qarşıda duran əsas hədəflər də əksini tapıb”.
Deputatlığa namizəd Nurlan Həsənov qeyd edib ki, Yeni Azərbaycan Partiyası sınaqlardan şərəflə çıxıb, daim Azərbaycanın inkişafına xidmət edən məqsədyönlü addımlar atıb: “Son 30 ildə əldə olunan uğurlar göz qabağındadır. Bütün sahələrin inkişafı təmin edilib. Azərbaycan dünyada söz və nüfuz sahibinə çevrilib. Ölkəmizin ərazi bütövlüyü və suverenliyi bərpa olunub. Siyasi sabitliyin və milli birliyin qorunması, davamlı sosial-iqtisadi inkişafın təmin edilməsi, əhalinin rifahının daha da yaxşılaşdırılması, tarixi Zəfərimizin beynəlxalq müstəvidə tam və qəti şəkildə təsbit olunması, dövlətimizin hərbi qüdrətinin daha da artırılması, Böyük Qayıdış Proqramının ardıcıl olaraq və zamanında həyata keçirilməsi, regionda dayanıqlı sülhə, etibarlı təhlükəsizliyə, çoxşaxəli əməkdaşlığa nail olunması qarşıda duran başlıca hədəflərdir”.
Tədbirdə təşviqat qrupunun üzvlərindən Famil Həmidov və digərləri çıxış edərək seçiciləri fəal olmağa və YAP-ın namizədinə səs verməyə çağırıblar. “YAP daim milli maraqlarımızı qoruyur və xalqın iradəsini ifadə edir”, - deyə vurğulanıb.




Geri dön