Ana Sayfa > Karusel > 106 saylı Tovuz seçki dairəsində keçirilən sorğunun nəticələri deputatlığa namizəd Nizami Səfərovun tam üstünlüyünü göstərdi

106 saylı Tovuz seçki dairəsində keçirilən sorğunun nəticələri deputatlığa namizəd Nizami Səfərovun tam üstünlüyünü göstərdi


22-08-2024, 17:28. Yazar: sevinc1
106 saylı Tovuz seçki dairəsində keçirilən sorğunun nəticələri deputatlığa namizəd Nizami Səfərovun  tam üstünlüyünü göstərdi

aia.az saytı ənənəvi olaraq seçkilər ərəfəsində əhalinin seçkiyə, namizədlərə münasibətini öyrənmək məqsədi ilə mütəmadi rəy sorğuları keçirir. Məlum olduğu kimi bu il sentyabrın 1-də Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər keçiriləcəkdir. Ənənəmizə uyğun olaraq əməkdaşlarımızdan ibarət araşdırma qrupu bu dəfə də Tovuz rayonunda olmuş,106 saylı Tovuz seçki dairəsinə daxil olan ərazilərdə seçicilər arasında rəy sorğusu keçirmişlər.

Məqsəd VII çağırış Milli Məclisə keçiriləcək seçkilər ərəfəsində yerlərdə formalaşan ictimai rəyin qiymətləndirilməsi, seçici fəallığı və Milli Məclis üzvlüyünə namizədlərə əhalinin münasibətinin müəyyənləşdirilməsi olmuşdur. Sorğunun obyektiv keçirilməsi üçün fərqli məkanlar və fərqli əhali kateqoriyaları seçilmişdir.

Qeyd edək ki, sorğuda iştirak edən respondentlərin 60,8%-ni kişilər, 39,2%-ni isə qadınlar təşkil edib. Respondentlərin 21,3%-i 18-29 yaş, 23,2%-i 30-39, 24,5%-i 40-49, 20,5%-i 50-59 yaş, 10,5%-i isə 60 və ondan yuxarı yaş kateqoriyalarına aid olub. Rəyi soruşulanların yarısından çoxu, yəni 26,5%-i orta təhsilli, 30,9%-i orta ixtisas təhsilli, 3,4%-i natamam ali təhsilli və 39,2%-i ali təhsilli vətəndaşlardır.

İlk növbədə respondentlərimizə ünvanladığımız “106 saylı Tovuz seçki dairəsindən deputatlığa namizədlərdən kimi tanıyırsnız?” sualına respondentlərin əksəriyyəti Nizami Səfərovu tanıdıqlarını bildirmişlər.

“Namizdələrdən kimin deputat seçilməsini istərdiniz və kimə səs verəcəksiniz?” sualına rəyi soruşulanların 65,2%-i Nizami Səfərovu, 19,8%-i digər namizədlərin adını çəkmiş, 12,3% seçici səs verəcəyi namizədi müəyyənləşdirmədiyini bildirmiş, 2,7%-i isə “heç kimə” cavabını vermişdir.

Göründüyü kimi sorğunun nəticələri 106 saylı Tovuz seçki seçki dairəsində deputatlığa namizəd Nizami Səfərovun ictimai rəydə kifayət qədər böyük üstünlük təşkil etdiyini göstərir.
Geri dön