Ana Sayfa > Karusel > 48 saylı Abşeron birinci seçki dairəsində keçirilən sorğunun nəticələri deputatlığa namizəd Nigar Məmmədovanın tam üstünlüyünü göstərdi

48 saylı Abşeron birinci seçki dairəsində keçirilən sorğunun nəticələri deputatlığa namizəd Nigar Məmmədovanın tam üstünlüyünü göstərdi


19-08-2024, 16:15. Yazar: sevinc1
48 saylı Abşeron birinci seçki dairəsində keçirilən sorğunun nəticələri deputatlığa namizəd Nigar Məmmədovanın tam üstünlüyünü göstərdi

aia.az saytı ənənəvi olaraq seçkilər ərəfəsində əhalinin seçkiyə, namizədlərə münasibətini öyrənmək məqsədi ilə mütəmadi rəy sorğuları keçirir. Məlum olduğu kimi bu il sentyabrın 1-də Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər keçiriləcəkdir. Ənənəmizə uyğun olaraq əməkdaşlarımızdan ibarət araşdırma qrupu bu dəfə də Abşeron rayonunda olmuş,48 saylı Abşeron birinci seçki dairəsinə daxil olan ərazilərdə seçicilər arasında rəy sorğusu keçirmişlər.

Məqsəd VII çağırış Milli Məclisə keçiriləcək seçkilər ərəfəsində yerlərdə formalaşan ictimai rəyin qiymətləndirilməsi, seçici fəallığı və Milli Məclis üzvlüyünə namizədlərə əhalinin münasibətinin müəyyənləşdirilməsi olmuşdur. Sorğunun obyektiv keçirilməsi üçün fərqli məkanlar və fərqli əhali kateqoriyaları seçilmişdir.

Qeyd edək ki, sorğuda iştirak edən respondentlərin 58,4%-ni kişilər, 31,6%-ni isə qadınlar təşkil edib. Respondentlərin 19,3%-i 18-29 yaş, 25,9%-i 30-39, 25,2%-i 40-49, 22,8%-i 50-59 yaş, 7,5%-i isə 60 və ondan yuxarı yaş kateqoriyalarına aid olub. Rəyi soruşulanların yarısından çoxu, yəni 27,5%-i orta təhsilli, 28,2%-i orta ixtisas təhsilli, 4,4%-i natamam ali təhsilli və 39,2%-i ali təhsilli vətəndaşlardır.

İlk növbədə respondentlərimizə ünvanladığımız “ 48 saylı Abşeron birinci seçki dairəsindən deputatlığa namizədlərdən kimi tanıyırsnız?” sualına respondentlərin əksəriyyəti Nigar Məmmədova tanıdıqlarını bildirmişlər. Seçicilər qeyd etmişlər ki, bu namizəd daha çox mənsub olduğu ailənin dövlətə və dövlətçiliyimizə sədaqət ənənələri ilə tanınır.

“Namizdələrdən kimin deputat seçilməsini istərdiniz və kimə səs verəcəksiniz?” sualına rəyi soruşulanların 55,3%-i Nigar Məmmədova, 21,7%-i digər namizədlərin adını çəkmiş, 20,3% seçici səs verəcəyi namizədi müəyyənləşdirmədiyini bildirmiş, 2,7%-i isə “heç kimə” cavabını vermişdir.

Göründüyü kimi sorğunun nəticələri 48 saylı Abşeron birinci seçki dairəsində deputatlığa namizəd Nigar Məmmədovanın ictimai rəydə kifayət qədər böyük üstünlük təşkil etdiyini göstərir. Artıq qeyd etdiyimiz kimi, biz sorğu prosedurunun illər boyu formalaşmış sxeminə bir yenilik gətirmək məqsədlə sorğuda iştirak edən bəzi respondentlərimizin maraq doğuran cavablarını olduğu kimi sizlərə təqdim edirik:

Tamam Kərimova: Ay qızım,Nigar xanım özü gənc olsa da, onun təmsil etdiyi ailəni bizim camaat yaxşı tanıyır. Həmişə həm dövlətin, həm də xalqın yanında olublar. Necə deyərlər, ot kökü üstə bitər. Elə bilirəm ki, Mahir müəllim də bu ənənəni davam etdirəcək...

Balakişi Nağıyev: Əvvəla mən əminəm ki, YAP əgər birinin namizədliyini irəli sürürsə, deməli bu şəxsə etibar etmək olar. Həm də cənab Prezidentimiz də kadrların gəncləşməsi siyasətini yürüdür. Yəni, ay oğul, elə Nigar xanım yəqin ki, bizim ən uğurlu seçimimiz olacaq...
Geri dön