Ana Sayfa > Karusel > Kürdəmirdə keçirilən sorğu deputatlığa namizəd Əminə Ağazadənin tam üstünlüyünü göstərdi

Kürdəmirdə keçirilən sorğu deputatlığa namizəd Əminə Ağazadənin tam üstünlüyünü göstərdi


21-08-2024, 15:16. Yazar: sevinc1
Kürdəmirdə keçirilən sorğu deputatlığa namizəd Əminə Ağazadənin tam üstünlüyünü göstərdi

aia.az saytı ənənəvi olaraq seçkilər ərəfəsində əhalinin seçkiyə, namizədlərə münasibətini öyrənmək məqsədi ilə mütəmadi rəy sorğuları keçirir. Məlum olduğu kimi bu il sentyabrın 1-də Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər keçiriləcəkdir. Ənənəmizə uyğun olaraq əməkdaşlarımızdan ibarət araşdırma qrupu Kürdəmir rayonuna ezamiyyətdə olmuş, 62 saylı Kürdəmir seçki dairəsinə daxil olan ərazilərdə seçicilər arasında rəy sorğusu keçirmişlər.

Məqsəd VII çağırış Milli Məclisə keçiriləcək seçkilər ərəfəsində Kürdəmird formalaşan ictimai rəyin qiymətləndirilməsi, seçici fəallığı və Milli Məclis üzvlüyünə namizədlərə əhalinin münasibətinin müəyyənləşdirilməsi olmuşdur. Sorğunun obyektiv keçirilməsi üçün fərqli məkanlar və fərqli əhali kateqoriyaları seçilmişdir.

Qeyd edək ki, sorğuda iştirak edən respondentlərin 67,2%-ni kişilər, 32,8%-ni isə qadınlar təşkil edib. Respondentlərin 16,7%-i 18-29 yaş, 34,3%-i 30-39, 20,8%-i 40-49, 17,8%-i 50-59 yaş, 10,4%-i isə 60 və ondan yuxarı yaş kateqoriyalarına aid olub. Rəyi soruşulanların yarısından çoxu, yəni 30,5%-i ali təhsilli, 32,3%-i orta təhsilli, 29,7%-i orta ixtisas təhsilli, 5,2%-i natamam ali təhsilli, 2,3%-i isə tam orta təhsili olmayanlardır.

İlk növbədə respondentlərimizə ünvanladığımız “62 saylı Kürdəmir seçki dairəsindən deputatlığa namizədlərdən kimi tanıyırsnız?” sualına respondentlərin 78.6 faizi VII çağırış Milli Məclisin deputatı Əminə Ağazadəni yaxşı tanıdıqlarını bildirmişlər. Seçicilər həm də xüsusi olaraq qeyd etmişlər ki,Əminə Ağazadənin VI çağırış Milli Məclisin deputatı kimi Kürdəmir və kürdəmirlilər üçün gördüyü işlər rayon sakinləri tərəfindən çox yüksək dəyərləndirilir.

“Namizdələrdən kimin deputat seçilməsini istərdiniz və kimə səs verəcəksiniz?” sualına rəyi soruşulanların 58,1%-i Əminə Ağazadə, 24.9%-i digər namizədlərin adını çəkmiş, 13,6 faiz seçici səs verəcəyi namizədi müəyyənləşdirmədiyini bildirmiş, 3,4%-i isə “heç kimə” cavabını vermişdir.

Göründüyü kimi sorğunun nəticələri 62 saylı Kürdəmir seçki dairəsində deputatlığa namizəd Əminə Ağazadənin ictimai rəydə açıq-aşkar üstünlük təşkil etdiyini göstərir. Əlbəttə ki, əməkdaşlarımızın keçirdikləri rəy sorğusunun nəticələri barədə hesabat xarakterli materialı əslində burada da tamamlamalı idik. Lakin qərara gəldik ki, illər boyu formalaşmış sxemə bu dəfə bir yenilik gətirək. Bu məqsədlə sorğuda iştirak edən bəzi respondentlərimizin maraq doğuran cavablarını olduğu kimi sizlərə təqdim edirik:

Kərim Qarayev: Ay oğul, mənim yaralı yerim şəhid ailələridi, qazilərimizdi. Düzdü, dövlətimiz sağ olsun, onları diqqətsiz qoymur. Amma bu insanlara hamı qayğı göstərməlidir. Xüsusən də deputatlar. Gəlməlidirlər, getməlidirlər, gözləməməlidirlər ki, onlara müraciət etsinlər. Özləri maraqlanmalıdırlar. Bax bizim deputatı,Əminə Ağazadəni deyirəm də, ona görə gözüyumulu səs verəcəyəm. Çünki bu xanım qadınlığı ilə şəhid ailələrini hər zaman ziyarət edir, qazilərlə maraqlanır, hər cür köməklik göstərir. Bu çox vacib şərtdir. Digərləri də gərək bunu həmişə nəzərdə saxlasınlar...
Geri dön