Ana Sayfa > Dünya > BMT-dən vəba epidemiyası ilə bağlı
BMT-dən vəba epidemiyası ilə bağlı26-08-2024, 14:30. Yazar: sevinc1 |
Ümumdünya Səhiyyə Təşkilatının açıqladığı hesabata görə, beş ştatda 658 hadisə və 28 ölüm halı qeydə alınıb, ölüm hallarının yüksək nisbəti 4,3% təşkil edib. Daşqınlar, məcburi köçkün düşərgələrində və icmalarda su, gigiyena və sanitar şəraitin son dərəcə acınacaqlı vəziyyətdə olması Sudanda yeni xolera dalğasını sürətləndirib. aia.az xəbər verir ki, bu barədə BMT-nin mətbuata açıqlamasında bildirilib. Ümumdünya Səhiyyə Təşkilatının hesabatına görə, ilk şübhəli hallar bildirildikdən bir ay sonra beş ştatda 658 hadisə və 28 ölüm halı qeydə alınıb. “Bu beş əyalət arasında Kassalada ən çox 473 yoluxma, Gedarefdə 110 və Əl-Jazirahda isə 51 yoluxma qeydə alınıb. Xartum və Nil çayı tərəfdə isə yoluxma sayı nisbidir”, - deyə eyni mənbə məlumat verir. Qeyd olunur ki, bu halların 2023-cü ilin sentyabrında elan edilmiş əvvəlki xolera epidemiyası ilə əlaqəsi yoxdur. BMT-nin məlumatında isə bildirilir ki, Kassala əyalətinin iki rayonunda vəbaya qarşı üçgünlük peyvənd kampaniyası başa çatıb. Ancaq yoluxma halları hələ də çoxalmaqdadır. aia.az Geri dön |