Ana Sayfa > Seçki 2024 > 45 saylı Sumqayıt dördüncü seçki dairəsindən deputatlığa namizəd Səbinə Salmanova şəhid ailəsini ziyarət edib,

45 saylı Sumqayıt dördüncü seçki dairəsindən deputatlığa namizəd Səbinə Salmanova şəhid ailəsini ziyarət edib,


26-08-2024, 14:24. Yazar: sevinc1
45 saylı Sumqayıt dördüncü seçki dairəsindən deputatlığa namizəd Səbinə Salmanova şəhid ailəsini ziyarət edib,

Azərbaycan Respublikası Milli Məclisinə sentyabrın 1-də keçiriləcək 6-cı çağırış növbədənkənar seçkiyə Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 45 saylı Sumqayıt dördüncü seçki dairəsindən deputatlığa namizəd Səbinə Salmanova şəhid ailəsini ziyarət edib, onların qayğıları, problemləri ilə maraqlanıb. Bildirib ki, şəhid ailələri daim dövlətin diqqət mərkəzindədir və biz də əlimizdən gələni edəcəyik.

Deputatlığa namizəd Səbinə Salmanova bildirib ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 30 il sonra ölkəmizin ərazi bütövlüyü təmin olunub. Adları Vətən tarixinə qızıl hərflərlə yazılan şəhidlərimiz heç zaman unudulmayacaq, həmişə hörmət və ehtiramla yad ediləcək, onların döyüş yolu gələcək nəsillərə örnək olacaq.

Geri dön