Ana Sayfa > Dünya > Ərdoğan CHP-li deputatı məhkəməyə verdi

Ərdoğan CHP-li deputatı məhkəməyə verdi


26-08-2024, 14:16. Yazar: sevinc1
Ərdoğan CHP-li deputatı məhkəməyə verdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cümhuriyyət Xalq Partiyasının (CHP) İzmirdən olan millət vəkili Tuncay Özkanı məhkəməyə verib.

aia.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə məlumatı Türkiyə liderinin vəkili Hüseyin Aydın açıqlayıb.

Onun sözlərinə görə, Ərdoğan Özkandan 250 min lirə mənəvi təzminat tələb edir. Bildirilir ki, buna səbəb CHP-li deputatın Ərdoğanın ünvanına əsassız və nalayiq ifadələr səsləndirməsi olub.

H.Aydın, həmçinin qeyd edib ki, Ankara Baş Prokurorluğuna Özkana qarşı “Prezidenti təhqir etmək” ittihamı ilə şikayət ərizəsi təqdim edilib.

aia.az
Geri dön