Ana Sayfa > Cəmiyyət / Karusel > Bakı metrosunda daha bir kişi özünü qatarın altına atdı

Bakı metrosunda daha bir kişi özünü qatarın altına atdı


1-12-2016, 14:57. Yazar: admin



Bakı metrosunda daha bir insident olub.

APA-nın məlumatına görə, hadisə Bakı Metropoliteninin “Nəriman Nərimanov” stansiyasında qeydə alınıb. 30-35 yaşlarında kişi özünü qatarın altına atıb. Maşinistlər qatarı vaxtında dayandıra bildiyindən ona heç nə olmayıb.

Hazırda intihara cəhd edənin kimliyi və bu addımı atmasının səbəbi müəyyənləşdirilir.

Qeyd edək ki, Bakı metrosunda dünən də analoji hadisə baş vermişdi.
Geri dön