Ana Sayfa > Parlament > Ceyhun Məmmədovun seçicilərlə növbəti görüşü
Ceyhun Məmmədovun seçicilərlə növbəti görüşü25-08-2024, 16:30. Yazar: sevinc1 |
2024-cü il sentyabrın 1-də keçiriləcək növbədənkənar seçkilərdə Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən namizədliyi irəli sürülmüş Ceyhun Məmmədovun Sabunçu rayonu, Bakıxanov qəsəbəsində seçicilərlə növbəti görüşü keçirilib. Deputatlığa namizəd Ceyhun Məmmədov əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verərək Cəbrayıl gənclərinin I Qarabağ müharibəsində, Tovuz döyüşlərində, Vətən müharibəsində könüllü döyüşlərə qatıldıqları, şücayətlik göstərdiklərini və hər zaman dövlət başçımız, YAP-ın Sədri, Prezidentimiz İlham Əliyevin ətrafında və arxasında olduqlarını bildirib. Vurğulanıb ki, seçki mədəniyyəti ictimai şüurda təkamül və davamlı inkişaf təsiri ilə formalaşır. Görüşün sonunda seçicilərin fikirləri dinlənilib, müraciətlərin operativ qaydada həlli üçün fikir mübadiləsi aparıb. Geri dön |