Ana Sayfa > Parlament > YAP xalqın partiyasıdır

YAP xalqın partiyasıdır


23-08-2024, 18:57. Yazar: sevinc1
YAP xalqın partiyasıdır

2024-cü il sentyabr ayının 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası tərəfindən 5 saylı Babək-Naxçıvan-Culfa seçki dairəsi üzrə deputatlığa namizədliyi irəli sürülmüş Ülviyyə Həmzəyeva 23 avqust tarixində Babək şəhərində ziyalılar, ağsaqqallar, gənclər, Şəhid ailələrinin üzvləri, müharibə veteranları və ilk dəfə səs verəcək seçicilərlə görüş keçirib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.

Görüşü giriş sözü ilə açan təşviqat qrupunun üzvü Tofiq Abutalıbov qeyd edib ki, YAP cəmiyyətimizin bütün təbəqələrini özündə birləşdirir. Yeni Azərbaycan Partiyası, sözün əsl mənasında, ümumxalq partiyasıdır. Əminik ki, partiyamız hər zaman liderliyini qoruyub saxlayacaq.



Çıxış edən deputatlığa namizəd Ülviyyə Həmzəyeva əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. O çıxışında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb. O, deputat seçiləcəyi təqdirdə ona göstərilən inam və etimadı layiqincə doğrultmağa çalışacağına söz verib.

Tədbirdə YAP Babək rayon təşkilatının məsləhətçisi İlkin Bağırov çıxış edərək qeyd edib ki, yarandığı vaxtdan iştirak etdiyi bütün seçkilərdə qələbələr qazanan YAP daim xalqın mənafeyindən çıxış edib və bu gün siyasi sistemin aparıcı qüvvəsi kimi ölkəmizə mühüm nailiyyətlər qazandırmaqdadır.

Öz növbəsində çıxış edən seçicilər də 1 sentyabr seçkilərində YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.

Qeyd edək ki, deputatlığa namizəd Ülviyyə Həmzəyeva fərdi görüşlər də keçirib.(yap.org)
Geri dön