Ana Sayfa > Cəmiyyət > Salyan rayonunda 18 yaşlı qız qətlə yetirilib

Salyan rayonunda 18 yaşlı qız qətlə yetirilib


1-12-2016, 14:56. Yazar: admin


Salyan rayonunun Xurşud kəndində 18 yaşlı Fərqanə Rauf qızı Hüseynovanın qətlə yetirilmiş meyiti evlərində aşkarlanıb.

Qətlin dünən, noyabrın 30-da baş verdiyi ehtimal edilir.

Qızın döş qəfəsi nahiyəsindən iki bıçaq zərbəsi ilə qətlə yetirildiyi bildirilir.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparırlar.
Geri dön