Ana Sayfa > Aia TV / Seçki 2024 > Səbinə Salmanovanın seçicilərlə növbəti görüşü

Səbinə Salmanovanın seçicilərlə növbəti görüşü


24-08-2024, 14:52. Yazar: sevinc1
Səbinə Salmanovanın seçicilərlə növbəti görüşü

Milli Məclisə 1 sentyabr 2024-cü ildə baş tutacaq növbədənkənar parlament seçkiləri ilə bağlı namizədlərin aktiv təbliğat-təşviqat kampaniyası davam edir.

Sumqayıt şəhərində də ayrı-ayrı seçki dairələri üzrə aktiv seçki kampaniyası müşahidə edilir.

Bu dairələrdən biri də 45 saylı Sumqayıt dördüncü seçki dairəsidir. 45 saylı Sumqayıt dördüncü seçki dairəsindən deputatlığa namizəd Səbinə Salmanovanın təbliğat-təşviqat kampaniyası uğurla davam edir.

Deputatlığa namizədin növbəti görüşü 45 saylı seçki dairəsi üzrə 2-ci məhəllədə baş tutub.

Görüşdə namizədin vəkilləri deputatlığa namizədin həyat yolu və fəaliyyəti ilə bağlı seçicilərə geniş məlumat veriblər.

Deputatlığa namizəd Səbinə Salmanova çıxış edərək, seçicilərə seçki platforması, görəcəyi işlərdən, doğma Sumqayıtın inkişafına verəcəyi töhfələrdən danışıb. Deputatlığa namizəd seçicilərin ona olan etimadını doğruldacağını bildirib.

Görüşdə çıxış edən seçicilər Səbinə Salmanovanın Sumqayıtlı olmasının onlar üçün sevindirici olmasını və ona inadıqlarını bildiriblər. Qeyd ediblər ki, onun keçdiyi həyat yolu, təcrübəsi və xüsusən də Sumqayıtlı olması onların səsinin parlamentin yüksək tribunasından eşidiləcəyinə əminlik yaradır. Bildiriblər ki, inandığımız və etibar etdiyimizə görə Səbinə Salmanovanı dəstəkləyəcək və onun Sumqayıtın təmsilçisi olması üçün səs verəcəyik.

Görüş səmimi bir şəraitdə davam edib. Sonda deputatlığa namizəd seçicilərin suallarını cavablandırıb.

aia.az


Geri dön