Ana Sayfa > Manşet / Parlament > Parlament seçkilərində neçə namizəd mübarizə aparacaq? -
Parlament seçkilərində neçə namizəd mübarizə aparacaq? -24-08-2024, 11:17. Yazar: sevinc1 |
Parlament seçkilərində 991 namizəd mübarizə aparacaq. aia.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Rövzət Qasımov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, komissiyanın qərarı ilə 6 516 567 seçki bülleteni çap olunub: "Bülletenlərdə 991 namizədin adı qeyd edilib. Bu, o deməkdir ki, sentyabrın 1-də keçirilən seçki prosesində geniş seçim imkanı var". Xatırladaq ki, sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək. aia.az Geri dön |