Ana Sayfa > Manşet / Siyasət / Özəl / Aia TV / Parlament > Deputatlığa namizəd Novruzəli Aslanovun İsmayıllı şəhərində seçicilərlə növbəti görüşü böyük coşqu ilə keçib
Deputatlığa namizəd Novruzəli Aslanovun İsmayıllı şəhərində seçicilərlə növbəti görüşü böyük coşqu ilə keçib24-08-2024, 08:49. Yazar: sevinc1 |
VII çağırış Milli Məclisə seçkilərdə deputatlığa namizədliyi 89 saylı İsmayıllı seçki dairəsindən qeydə alınmış Novruzəli Aslanov (Novruz Aslan) seçicilərlə görüşlərini davam etdirir. aia.az xəbər verir ki, deputatlığa namizəd avqustun 23-də seçki-təbliğat kampaniyasının planına uyğun olaraq İsmayıllı rayon Mədəniyyət Sarayında İsmayıllı şəhərinin sakinləri ilə görüşüb. Görüşdən öncə Novruz Aslan, vəkilləri və qərargah üzvləri ilə birlikdə rayon mərkəzində Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər. Görüş Dövlət Himnimiz səsləndirilməsi ilə başladyıb. Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Böyük coşqu və ruh yüksəkliyi ilə keçən görüşdə iştirak edən Əməkdar Mədəniyyət Xadimi Baba Vəziroğlu, yazıçı-jurnalist Xeyrulla Dəniz, bədii qiraətçi Pünhan İsmayıllı çıxış edərək Novruz Aslanın rayon üçün gördüyü işlərdən, parlamentdəki səmərəli fəaliyyətindən danışıblar. Deputatlığa namizəd öz platformasını seçicilərə detallı açıqlamalarla təqdim edib. Daha sonra səmimi şəraitdə keçən görüşlərdə şəhər sakinlərini qayğılandıran məsələlər müzakirə olunub. Novruz Aslan bu məsələləri qeydə alaraq onların həlli istiqamətində müvafiq addımların atılacağını bildirib. Qeyd edək avqustun 23-də keçirilmiş görüşdə 300 nəfərə yaxın şəhər sakini iştirak edib. Beləliklə, deputatlığa namizəd Novruzəli Aslanov özünün seçki-təşviqat komandasının üzvləri ilə birgə İsmayıllı rayonunda on üç gün ərzində keçirdiyi 47 görüşdə ümumilikdə 4650 nəfər seçici ilə görüşüb. Keçirilən görüşlərdə iştirak edən sakinlər və rayon ictimaiyyətinin nümayəndələri Ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər. Geri dön |