Ana Sayfa > Parlament > Xalq işıqlı və parlaq gələcəyə səs verəcək

Xalq işıqlı və parlaq gələcəyə səs verəcək


23-08-2024, 18:30. Yazar: sevinc1
Xalq işıqlı və parlaq gələcəyə səs verəcək

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 41 saylı Gəncə-Samux- Goranboy seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Müşfiq Cəfərovun Samux rayon seçiciləri ilə görüşü keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.

Görüşdə çıxış edən deputatlığa namizəd Müşfiq Cəfərov Azərbaycanın hərtərəfli inkişaf etməsindən və insanların rifah halının gündən-günə yüksəlməsindən bəhs edib. Qeyd edib ki, Azərbaycan xalqı işıqlı və parlaq gələcəyə üçün doğru seçim edəcəyinə inanır.

Seçicilər deputatlığa namizəd Müşfiq Cəfərovun altıncı çağırış Milli Məclisdə uğurlu fəaliyyətindən xəbərdar olduqlarını və 1 sentyabr növbədənkənar parlament seçkilərində gəncəlilərin YAP-ın layiqli namizədinə səs verəcəklərini qeyd ediblər.(yap.org)
Geri dön